ABŞ iqtisadiyyatı bu ilin ilk rübündə 0,2 faiz kiçilib

Tarix: 22:30 29.05.2025
ABŞ Ticarət Nazirliyi, 2025-ci ilin yanvar-mart dövrünə dair ümumi daxili məhsul (ÜDM) göstəricilərinə aid ikinci qiymətləndirməsini açıqlayıb.
Məlumata görə, ABŞ-da ÜDM ilin ilk rübündə illik hesablamada 0,2 faiz azalıb.
Keçən ay dərc olunan ilkin göstəricilərdə ABŞ iqtisadiyyatının 2025-ci ilin ilk rübündə 0,3 faiz daralacağı proqnozlaşdırılıb. Bu, 2022-ci ilin ilk rübündən bəri ilk dəfə qeydə alınan iqtisadi azalmadır.
ABŞ iqtisadiyyatı 2024-cü ilin son rübündə 2,4 faiz, ötən ilin ümumilikdə isə 2,8 faiz artım nümayiş etdirib.
İqtisadiyyatın bu ilin ilk rübündə kiçilməsində idxalın artması və dövlət xərclərinin azalması əsas rol oynayıb.
Şəxsi istehlak xərcləri qiymət indeksində bu ilin ilk rübündə 3,6 faiz artım qeydə alınıb. Bu indeks 2024-cü ilin son rübündə 2,4 faiz artıb.
Qida və enerji xərclərinin hesablamaya daxil edilmədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksindəki artım isə həmin dövrdə 3,5 faizdən 3,4 faizə yenilənib. Bu indeks əvvəlki rübdə 2,6 faiz artıb.
TRT Xəbər
Nuray Əliyeva