Tağıyev İrsi Gazi Universitetində

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:28 29.05.2025

 Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Gazi Universitetində Azərbaycan xalqının tanınmış maarifçisi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

“İnformator.az” xəbər verir ki, Tədbiri  “Tagiyev – Tarix, Vizyon, Teatr” komandası  təşkil edib.

 

. Gazi Universitetinin ev sahibliyi etdiyi tədbirə Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi də təşkilati dəstək göstərib.

 

Proqram çərçivəsində “Hacı Zeynalabdin Tağıyevi Anma Toplantısı” və “Hacı” adlı teatr tamaşası təqdim olunub. Bununla yanaşı, “Tağıyev: Bir Xeyriyyəçinin Mübarizəsi” adlı panel müzakirəsi də baş tutub. Panelə Prof. Dr. Ali Alesker moderatorluq edib. Tədbirdə Prof. Dr. Okan Yeşilot və Dr. Qiyas Şüküroğlu da çıxış edərək Tağıyevin irsi ilə bağlı fikirlərini bölüşüblər.

 

Tədbirin əsas məqsədi Hacı Zeynalabdin Tağıyevin zəngin irsini yenidən gündəmə gətirmək, onun maarifçilik və xeyriyyəçilik fəaliyyətini yeni nəsillərə tanıtmaq olub.

 

 

 

 

 

 

 

Ankara Universiteti magistr Yusif Səmədzadə