İran XİN: ABŞ-la danışıqların altıncı raundu iyunun 15-də baş tutacaq

Tarix: 08:38 10.06.2025
İranın nüvə proqramı üzrə ABŞ-la danışıqların altıncı raundu iyunun 15-nə təyin edilib.
"informator.az" "Report"a iistinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Keçirilən məsləhətləşmələri nəzərə alaraq, İran-ABŞ dolayısı ilə danışıqların növbəti raundu gələn bazar günü Maskatda keçiriləcək”, - deyə o qeyd edib.
ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.