Jurnalist-tələbələr NLP mövzusunda mühazirə dinləyib

Bölmə: Araşdırma › ,
Tarix: 16:09 24.02.2016

Nurlan Ağa

BDU jurnalistika fakültəsinin III kurs tələbəsi

24 fevral tarixində Bakı Dövlət Universiteti jurnalistika fakültəsində neyro-linqvistik proqramlaşdırma (NLP) ustadı Şamil Şahbazov qonaq olub. Fakültənin III kursunda tədris edilən “Xarici ölkələrin jurnalistikası tarixi” fənnində müəllim Vəfa İsgəndərovanın dəvəti ilə Ş.Şahbazov tələbələrlə görüşüb. Görüşdə NLP haqqında, auditoriyanı ələ ala bilmək, mövzuya giriş texnikaları kimi sahələr haqqında məlumat verilib. Xaricdə və Azərbaycanda vətəndaşların, xüsusilə, yaşlı nəslin düşüncə fərqləri, bunlara təsir edən amillər haqqında söhbət açan Şamil müəllim məqsəd və hədəfə ictimai qınağın güclü təsirindən də danışıb. İnam və pozitivliyin uğura göstərdiyi təsiri videogörüntülərlə izah edən NLP ustadı müsbət fikirin qələbədə nə qədər mühüm rol oynadığını tələbələrə çatdırıb. Kütlə qarşısında çıxış barəsində fikirlər bölüşən Şamil Şahbazov tələbələri könüllü surətdə auditoriyada çıxışa dəvət edib. Görüşdə tələbələrin suallarını da cavablandıran qonaq sonda tələbə-jurnalistlərlə xatirə fotosu çəkdirib.