"İşimi icra edim anlayışı ilə heç vaxt irəli gedə bilməyəcəklər"

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:19 09.10.2023

Günümüzdə aparıcı anlayışı televiziya sahəsində bir sıra proqramları təqdim edən jurnalist kimi nəzərdə tutulur. Aparıcılıq məsuliyyət tələb edən çox ciddi peşələrdə biridir. Peşəkar aparıcı olmaq üçün müəyyən standartlar var ki, aparıcının nitqi səlis, anlaşıqlı olmalıdır. Bəs televiziyada peşəkar aparıcı olmaq üçün hansı bilik və bacarıqlar lazımdır? Mövzu ilə bağlı Yeni Azərbaycan qəzetinin əməkdaşı Müşfiqə Bayramlı İnformator.az saytına müsahibə verib.

 

Yeni Azərbaycan qəzetinin əməkdaşı Müşfiqə Bayramlı bildirib ki, ilk növbədə məsuliyyət faktoru çox önəmlidir. Məsuliyyətlə yanaşı, peşəni də sevməlisən. Bu peşə təsadüfi yoldan keçənləri sevmir, ona daim əmək sərf etməlisən. Jurnalistika sahəsi bəzən 24 saatı da əhatə edə bilər. Bu peşəsinə olan sevgisindən irəli gəlir. Qeyd edərdim ki, əməksevərlik də çox önəmlidir. Sadəcə işimi icra edim anlayışı ilə yanaşan jurnalistlər varsa, onlar irəli gedə biləməyəcəklər. İrəli prizması şəxsə görə dəyişir. İşini düzgün icra edəndə, jurnalistin etik kodekslərinə riayət edən zaman və doğri informasiyanı ötürdüyü andan etibarən əsl mənada irəli getmiş sayılırsan. Sima cəhətdən televiziyada tanınmaq anlayışı çox yanlış təsəvvürdür. Bu bir növ "ulduz" xəstəliyidir. Müəyyən həmkarlarımız var ki, sima cəhətdən məşhur olublar. Lakin bir müddət sonra onlar yoxa çıxıblar. Bunun əsas səbəbi təsadüfi şəkildə peşəyə gəlməyin nəticəsidir. 

 

Müşfiqə Bayramlı qeyd edib ki, işini sevmə və məsuliyyət hissindən sonra təhsil faktoru çox önəmlidir. Bunun üçün jurnalistikaya giriş dərsini doğru mənimsəməlisən. Bu yolda müəllimlərin də böyük rolu olur və gələcəyin jurnalistlərinə doğru yolu göstərməyə çalışırlar. Bu gün məni doğru yola yönəldən şəxslər mənim düzgün şəkildə irəliləməyimə səbəb olublar. Onların dedikləri hər bir kəlməni yaddaşıma həkk etmişəm. Təhsil faktorundan sonra şans məsələsi çox önəmlidir. Bəzi həmkarlarımız var ki, dayanmadan yeni şeylər öyrənməyə, əmək sərf etməyə çalışırıq və təlimlərə qatılmaqla bu sahəyə aid biliyimizi inkişaf etdirməyə çalışırıq. Lakin bəzən istədiyimiz diqqəti görməyə bilərik. Bu diqqətsizliyin əsas səbəbi yanlış insanların ön cərgədə olub, çalışqan insanların isə arxa planda olmasıdır.

Fatimə Mustafayeva