M.Ə.Rəsulzadənin 140-cı ildönümünə həsr edilən “RƏSULZADƏNİN İŞIĞINDA” adlı tədbir keçirilib

Bölmə: MEDİA › Media-Yubiley › ,
Tarix: 12:28 30.01.2024

29 yanvar tarixində Gənclər İctimai Birliyi və BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsinin təşkilatçılığı ilə Cümhuriyyətimizin qurucusu M.Ə.Rəsulzadənin 140-cı ildönümünə həsr edilən “RƏSULZADƏNİN İŞIĞINDA” adlı tədbir keçirilib.

 

İnformator.az xəbər verir ki, M.Ə. Rəsulzadə ilə bağlı tədbirdə “Əbədi Birlik” GİB sədri, BMT tərəfdaşı Beynəlxalq İnsan Haqları Müdafiə komitəsinin müşaviri Şahin Əliyev, BMT tərəfdaşı Beynəlxalq İnsan Haqları Müdafiə komitəsinin maliyyə departamentinin rəhbəri Firdovsi Ələkbərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim Faiq Ələkbərli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü Zakir Ağdamlı, Ümumdünya Sülh Federasiyasının Sülh səfiri Rauf Mukimov, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova və bir qrup ictimai fəallar, aktiv gənclər, jurnalistlər bir araya gəldi.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məhəmməd Əmin Rəsulzadənin səs yazısı tədbir zamanı səsləndirildi.

 

Tədbir iştirakçıları Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsinin vacibliyini, bu irsi araşdırmağın gələcək nəsillərə böyük töhfə verəcəyini vurğuladı.

 

Azərbaycanın milli azadlıq hərəkatında, millət kimi özünü dərkində, bir yumruq kimi birləşməsində Rəsulzadənin rolu çox böyükdür və bunu nə indi, nə də ki, gələcək nəsillər dana bilər.

 

Tədbirin sonunda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim Faiq Ələkbərli müəllifi olduğu ”Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” kitabını “Əbədi Birlik” GİB sədri, BMT tərəfdaşı Beynəlxalq İnsan Haqları Müdafiə komitəsinin müşaviri Şahin Əliyevə hədiyyə etdi.

 

Yusif Mamedov