BDU və Atatürk universiteti arasında əməkdaşlıq: "... kağız üzərində qalmamalıdır"-RƏY
Bölmə: Sosial › ,Tarix: 21:33 29.05.2024
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "informator.az"a açıqlamasında elm və təhsil eksperti Elçin Süleymanov bildirib ki, universitetlər arasında əməkdaşlıq, xüsusilə, Türkiyə universiteti ilə əməkdaşlıq universitetin həm reytinqinə, həm də elmi tədqiqat fəaliyyətinə müsbət təsir göstərən məqamlardır:
"Bu universitetlər müəyyən qədər dini, dili, tarixi ənənələri olan bir ölkəylə olduğu zaman daha həvəsli, məhsuldar bir əməkdaşlıq olur. Ona görə bunu alqışlamaq lazımdır. Atatürk Universiteti Türkiyənin tarixi ənənələri olan bir universitetdir. BDU-da bundan geri qalmır. Bir əsrdən çox tarixi olan xüsusilə dəqiq elmlərdə kifayət qədər ciddi tədqiqatları olan bir universitetdir. Düzdü müəyyən labotoriyalar, maddi texniki bazadan axsamalar var. Ancaq bu cür əməkdaşlıqla birgə labotoriyalardan, birgə tədqiqaların aparılması, tələbə müəllim mübadiləsinin olması iki qardaş dövlət arasında elm və təhsil əməkdaşlığına müsbət töhfə verər. Buna görə alqışlanmalıdır".
Elçin Süleymanov bu əməkdaşlıqlardan biri olan Mövlana mübadilə proqramından bəhs edib:
"Bu cür əməkdaşlıqlar kağız üzərində qalmamalıdır. Orada nəzərdə tutulan bütün müddəalar reallaşmalıdır. Bunun üçün universitet rəhbərliyi də maksimum dəstək göstərməlidir. Həm Türkiyədən elmi adamlar, tələbələr gəlməlidir. Həm də Azərbaycandan ora getməlidir. Bununla əlaqəli Mövlana mübadilə proqramı var ancaq daha ikili əməkdaşlıqla əlaqəli dəstəklənən proqramlara ehtiyac duyulur. Dediyim kimi, nəticə də belə müqavilələrin olması alınan dərslərin tanınması, kreditlərinin tanınması, labotoriyalarda birgə tədqiqatlarının aparılması imkanlarını doğurur".
Aysel Ağakərimova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.