Yay xəstəliklərindən özümüzü necə qoruyaq ?
Bölmə: Sosial › ,Tarix: 23:31 29.05.2024
Yay aylarının gəlişi ilə hava istiliyinin artması bir çox insanın həyatını çətinləşdirməyə başlayır.Havanın isti olması mikroorqanizmlərin inkubasiya dövründən çıxıb, fəaliyyətə başlaması üçün çox əlverişlidir. Ən çox da qızmar yay günlərində rütubət artdıqda bağırsaq mikrobları hər yerdə yayılmağa başlayır. İstirahət zonalarında hökm sürən antisanitariya, kafelərdə sarılan yeməklər belə əsil infeksiya mənbəyidir.
“Yay xəstəlikləri” adlanan xəstəliklər hansı xəstəliklərdir ?
Bu xəstəliklərin göstəriciləri əsasən nələrdir ?
Həmin xəstəliklərdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Məsələylə bağlı infeksionist həkim Sadiqə Əliyeva “informator.az”a açıqlama verib. İnfeksionist açıqlamasında bildirib ki,
infeksion xəstəliklər daha çox mövsümü xarakter daşıyır:
"Əsasən qış və payız aylarında kəskin isbratur virus infeksiyaları üstünlük təşkil edir. Yaz aylarında daha çox su çiçəyi kimi virus infeksiyaları yaranır. Yay aylarında isə ən çox yayılan qida zəhərlənmələri və kəskin qastroentokolitlərdir. Qida zəhərlənmələri daha çox qidaların tempratur şəraiti, saxlanılma qaydası düzgün olmadıqda baş verir. Qastroentokolitlər isə qidadan, bağırsaq infeksiyalarından ola bilir”.
Müsahib qeyd edir ki, bu cür xəstəliklərdən qorunmaq üçün ilk növbədə gigiyenaya riayət etməliyik:
“Əllərin, istifadə etdiyimiz qidaların təmiz yuyulması, qidanı harada, hansı tempraturda saxladığımıza da diqqət etməliyik ki, yayda baş verə biləcək bağırsaq infeksiyalarından qorunaq. Gündəlik içdiyimiz suya da diqqət etməliyik. Qəbul etdiyimiz suyun təmizliyinə diqqət etməliyik. Əsasən qaynadılmış suları tükətməliyik”.
Azər Abuşov
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.