"Müəyyən insanlar yaz fəsli depressiyası yaşayırlar"-Psixoloq Aytən Ələkbərova

Bölmə: Sosial › ,
Tarix: 13:52 30.05.2024

"Havalar istiləşdikcə insan gül-çiçək arasında olmaq, müxtəlif şəkillər çəkdirmək, gəzmək istəyir. Müəyyən insanlar da var ki, bu günəşli havalarda yaz depressiyası yaşayırlar. Günəşli havalar belə onlar üçün buludlu, daxilinin göz yaşlarını göstərən havalara çevirilir". Bu sözləri "İnformator.az"-a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.


Psixoloq isti havalarda dərsə qarşı həvəssiz olan tələbələrə bir sıra tövsiyələr verib.

 

"Havalar istiləşdikcə dərsə gedən tələbələrin sayının azalması müşahidə edilir.
Tövsiyələrimiz ondan ibarət olar ki, insan şüuraltına nəyi proqramlaşdırıb yerləşdirirsə, onu da rahat yaşaya bilir. Semestr imtahanları hansı vaxta qədər davam edirsə, ilk olaraq onu proqramlaşdırsınlar. Ondan sonra daha rahat bu addımın atılacağını görəcəklər. Çünki bu məsuliyyətdir. Məsuliyyətdən əmələ gələn həyəcan isə buraya daxildir. Sonradan istəmərək ki, bunlar xroniki təşviş halında onları idarə etsin. Bu hal isə gətirib avqustun 10-dan sonra əmələ gələn payız depressiyasına çıxarır. Ona görə də düşünün ki, siz tələbəsiz, bu imtahanları verməlisiz. Özünüzün ruh halınıza görə- Sanqvinik, Xolerik, Fleqmatik, Melanxolik fərdi xüsusiyyətinə uyğun olaraq cəmi bir və ya iki seans psixoloq yanına məsləhət getsəz, öz psixi xüsusiyyətinizə uyğun olaraq psixoloq sizi proqramlaşdıracaq. Siz isə imtahanlardan uğurlu nəticələr əldə edəcəksiz".

 

Çinarə Muradova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.