"DİM" taksi sürücülərini imtahan edəcək
Bölmə: Sosial › ,Tarix: 21:02 30.05.2024
DİM taksi sürücülərini imtahan edəcək. Taksi sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair keçirilən hazırlıq nəticəsini "DİM" qiymətləndiriləcək.
İmtahan nə vaxta planlaşdırılır?
Bu barədə Nəqliyyat eksperti Elməddin Muradlı "informator.az "a açıqlamasında bildirib ki, imtahanın yayın sonlarına doğru olacağı gözlənilir:
"Taksi sürücüləri DİM-in təşkil etdiyi imtahanlarda iştirak edərək sənəd əldə edəcəklər və bu sənəd 7 il müddətində qüvvədə olacaq. Bu avtomobil haqqında qanuna edilən dəyişikliklərdən sonra Nazirlər kabinetinin qəbul etdiyi qərarla tənzimlənir.
Hesab edirəm ki, bütün respublika üzrə bu imtahan təşkil oluna bilər. Mənim fikrimcə, DİM bu imtahanı tez bir zamanda həll edə bilməyəcək. Yayın sonlarına doğru bu məsələ öz həllini tapa bilər".
Ekspertin sözlərinə görə, bu imtahanda sürücülərin sırf etik davranışları öz həllini tapacaq:
"Sürücünün sənişinlərlə münasibəti, psixi vəziyyətini göstərən suallar olacaq. Dil biliklərinə dair suallar da öz əksini tapa bilər. Suallar üzrə aidiyyatı qurumlarla hazırda müzakirələr gedir.
Bir çox ölkələrdə bu təcrübə var və imtahanı fərqli qurumlar götürür. Azərbaycanda da yəqin ki, hökumət hesab edir ki, bunu ən yaxşı DİM təşkil edə bilər.
Bu təkcə taksi sürücülərinə aid deyil. Eyni zamanda yük vətənişin daşıma fəaliyyəti göstərən digər sürücülərin də imtahandan keçirilməsi nəzərdə tutulur".
ASLANOVA FATİMƏ
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.