"İnsanın əhvalına mühit yox, insanlar təsir göstərir" -Psixoloq açıqlaması

Bölmə: Sosial › ,
Tarix: 15:55 31.05.2024

"İnsanın əhvalına mühit yox, həmin mühitin insanları təsir göstərir. Gözəl bir məkana gedərsən, ətrafındakı insanlar sənə elə bir söz deyib, baxışla baxar ki, sən həmin yerdə özünü heç də xoşbəxt hiss etmərsən". Bu sözləri "İnformator.az"-a açıqlamasında psixoloq Gülnar Orucova bildirib.

 


Psixoloq qeyd edib: "Məkan gözəl belə olsa, bəzən hiss edərsən ki, sən orada özünü xoşbəxt hiss etmirsən. Misal olaraq, bəzi qadınları həyat yoldaşları lüks yerə aparır. Amma orada elə mübahisələr olub ki, xanım deyir, "həmin məkanın adını mənim yanımda çəkməyin". Əslində, ora gözəl bir yerdir. Amma insanın xatirində "pis" olaraq qalıb. İnsan nə isə, haranısa arzulaya bilər. Halbuki, həmin mühit onun əhvalına o qədər də təsir göstərməz. Amma mühitdəki insanlar onun əhvalına təsir göstərəcək. İnsanların xəyallarında bir şəhər olur. Həmin şəhərə getdikdə çox xoşbəxt hiss edirlər. Bəziləri isə orada heç də arzuladıqları kimi xoşbəxt olmadıqlarını görürlər. Bu insana görə dəyişən bir şeydir. Düşünürəm ki, hansı mühitdə olursuzsa olun, sizi incidən, üzən, dəyər verməyən insanları həyatınızdan çıxarın. Onların yanında olmayın".

 

Çinarə Muradova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.