Qarabag İqtisadi Regionunda geniş miqyaslı layihə icra olunacaq

Bölmə: Sosial › ,
Tarix: 20:12 03.06.2024

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi yeni layihənin icrasına başlayıb. Bu, Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən və Milli QHT-nin icra etdiyi ilk layihədir.

 

Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi inkişafı dövlətimiz və milli maraqlarımız üçün ən önəmli məsələlərdən birinə çevrilib. Dövlətimizin gördüyü quruculuq işləri ilə bərabər yerli vətəndaşların bu prosesdə iştirakçılığı əhəmiyyətlidir.

 

Həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində onlara dəstək olunmasıdır. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.

 

Qarabağ iqtisadi rayonundan olan gənclər və qadınlar təlimlər alacaqlar, ABAD və KOBİA və Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar çatdırılacaq. Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan,və sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlar veriləcək.

 

Fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim ediləcək. Bununla bərabər layihənin ictimailəşdirilməsi üçün televizya və online media vasitələri ilə də əməkdaşlıq ediləcək. Sahibkarların üzləşdiyi problemlər analiz edilərək təkliflər paketi şəkilində uyğun dövlət qurumlarına çatdırılacaq. Bakı şəhərində və Füzulidə layihə iştirakçılarının və ekspertlərin iştirakı ilə fokus-qrup müzakirələri təşkil olunacaq. Layihənin sonunda regiondan olan 1 uğurlu biznes rol-model olaraq iştirakçılara nümayış etdiriləcək. Nəticə olaraq bu layihə Qarabağ iqtisadi rayonun yenidən qurulma və iqtisadi inkişaf proseslərində gənclər və qadınların iqtisadi müstəqilliyinin təmininə və regionun inkişafında aktiv rol oynamalarına yol açacaq.

 

Tədqiqat və analizlərin nəticəsində əldə olunan hesabat və təkliflər paketi ölkənin müvafiq dövlət orqanlarına təqdim olunacaq.

 

Layihə Zəngilan (Agalı kəndi), Füzuli, Laçın(Zabux) və Cəbrayıl-4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində məskunlaşan əhali qrupunu əhatə edəcəkdir. Bu ərazilərdə yaşayan gənclər və qadınlar təlimlərə iştirakçı olaraq cəlb ediləcəkdir. Hazırda Azərbaycan dövlətinin əsas prioritetləri Qarabağa qayıdış prosesinə dəstək,sahibkarlıq imkanlarının stimullaşdırılması, bərpa prosesinin və qayıdışın təmin edilməsidir. 



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.