"Hər kəs universitetə qəbul olmalıdır, deyə bir şey yoxdur"-Psixoloqdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 20:48 05.06.2024

Qəbul imtahanlarından sonra bəzi abituriyentlər istədikləri nəticəni əldə edə bilmir. Bu son deyil deyib, növbəti ilə hazırlaşaram deyənlər də, bu imtahanı həyatın sonuymuş kimi qəbul edənlər də olur. Əslində məsələni ya özləri ya da ailələri problemə çevirir. Bəzən ailədən gələn təzyiq heç də xoş nəticə vermir.

 

Bu il az bal toplayan abituriyentlərin şansı daha yüksəkdir. Ekspertlər deyir ki, plan yerləri artdığı üçün az bal toplayanlar da unversitetlərə qəbul ola biləcəklər. Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, tələbə yerlərinin sayının 2026-cı ilə qədər 45 mindən 75 minə çatdırılması ilə bağlı qərar qəbul edilib və 2 ildir artıq iş gedir:

 

"Bildiyimiz 2023--2024 cü ilə kimi 45 min tələbə yeri yox, 56 min tələbə yeri vardı. Və bu il üçün 56 min yox, 65 min tələbə yeri nəzərdə tutulur ki, bu da nəticə etibarı ilə tələbə yerinin artması özlüyündə keçid ballarının aşağı düşməsinə gətirib çıxaracaq. Ballar ümumilikdə aşağı düşəcək və nəticə etibarı ilə bu ilki abituriyentlərdə ortalama 100-110 min abituriyent varsa, onları 60-65 mini ali təhsil müəssisəsinə qəbul olunmalıdırsa, bu o deməkdir ki, hər 5 abituriyentdən 3-ü ali məktəbə qəbul olacaq". 

 

Təbii ki, zəif nəticə göstərənlər arasında qəbul olmayanlar da olacaq. Növbəti illərdə imtahanlarda iştirak etmək üçün məhdudiyyət və ya universitetə qəbul olmaq kimi məcburiyyət də yoxdur. Mütəxəssislər deyir ki, abituriyentin bunu dərk etməsinə bəzən cəmiyyət mane olur. Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, hər kəs universitetə girməlidir deyə bir şey yoxdur:

 

"9-cu sinif uşağına sual verirlər hara hazırlaşırsan girməyə? Bax, bu sualın özü yalnışdır. Bu sual artıq təlqin olunur ki, sən harasa universitetə girməlisən. Sənin ümumiyyətlə gələcək planların nədir? Bu sualı vermək əvəzinə hansı universitet? Artıq biz bloklamışıq, sən ancaq universitetə daxil olmalısan. Uşağın üzərinə və valideynin üzərinə cəmiyyətin məsuliyyətidir. Və psixi və fiziki olaraq problemlər yaranır.

 

Əslində bu prosesdə tələbkar valideynləri biraz da olsa anlamaq olar. Çünki övladları ali təhsil alsın deyə repetitorlara ciddi vəsait sərf edirlər. Qəbul prosesinin çətin olması həm valideynləri həm də abituriyentləri mənəvi olaraq yükləyən amillərdəndir. Psixoloq əlavə edib ki, sistemi dəyişmək lazımdır ki, bir az universitetə girmək rahat olsa, onda universitetə girmək bir uğur kimi yox, normal bir proses olar ki, bu mənim həyatımı qurmaq üçün bir mərhəldir:

 

"Amma bu gün biz universitetə girməyi elə bir uğur hesab edirik ki, sanki universitetə girməyən heç kariyera qurmaq məqsədi ilə yox, sadəcə universitetə girsin ki, desinlər savadlıdır, universitetə girdi. Və ya ailə quranda desinlər universitet bitirib. Yəni bu fikrii biz dağıtmalıyıq. Hər hansı bir universitetə girməyi özümüzün gələcəyi üçün planladığımız addım olmalıdır"

 

Amma hər bir halda, həm valideyn həm də abituriyent birmənalı olaraq anlamalıdır ki, universitetə qəbul olmamaq, ali təhsil almamaq son yox, başlanğıcdır. 



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.