"Mütləq şəkildə kəbin rəsmi nikahdan sonra kəsilməldir"-Hüquqşünas
Bölmə: Sosial › ,Tarix: 21:16 05.06.2024
Kimi sadəcə molla kəbini ilə, kimi də əvvəlcə kəbin kəsidirib daha sonra rəsmi nikahla ailə həyatı qurur. Amma əslində bunun bir ardıcıllığı var. Rəsmi nikah olmadan molla kəbini kəsilməməlidir. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılması təklif olunur.
Amma bir məsələ var ki, kəbinin rəsmi nikah kimi hüquqları yoxdur. Qanunvericiliyə görə, rəsmi nikah sadəcə etibarlı sayılır. Şəxslər arasında rəsmi nikahın olmaması bəzən tərəflərin məsuliyyətdən boyun qaçırmasına səbəb olur. Bu problem həm boşanma zamanı, həm də uşaq dünyaya gələndə özünü göstərir. Amma hər bir halda qanunvericilik uşaqların hüquqlarını qoruyur.
Hüquqşünas Arslan Mikayılov bildirib ki, uşağın atası öz şəxsiyyət vəsiqəsini doğum evinə təqdim edirsə, o uşağın doğum haqqında şəhadətnaməsinin ata qrafasında uşağın atası qismində qeyd olunur:
"Belə olan halda şəxs doğum haqqında şəhadətnaməsini təqdim eləmirsə anasının seçimi əsasında uşağın atasının adı qeyd edilir. Əgər ata israrla deyirsə uşağın atası mən deyiləm onda müvafiq ekspertiza təyin olunur. Aliment məsələsində də atalıq müəyyən edildikdən sonra artıq ikinci mərhələ alimentdir. Yəni bu iddialar eyni vaxtda qaldırılmır. Adətən birinci növədə atalıq müəyyən edilir, atalıq müəyyən edildikdən sonra isə iddia ərizəsi ilə müraciət edib aliment tələb edirlər".
Hər bir halda proses uzun və yorucudur. Deputat Ceyhun Məmmədov deyir ki, mütləq şəkildə kəbin rəsmi nikahdan sonra kəsilməldir. Hətta bu qaydaya mollalar, din xadimləri ciddi riayət etməlidirlər. Buna əməl etməyənlərin cəzalandırılması təklif olunur. İnsanların dini nikaha üz tutmasının da bəzi səbəbləri var.
"Dini kəbin, nikah nə üçün bir sıra hallarda geniş yayılıb qeyd etdiyim kimi əsasən asanlıqla məsuliyyətdən yayınmaq üçün. Əsaəsn bunu bəzi Azərbaycanda yaşıyan xarici vətəndaşlar edirdilər. Burda bir məqam da var ki, rəsmi din xadimləri onların konkret iş yerləri olduğuna görə, müəyyən məsuliyyəti daşıyırlar. Amma bəzən elə şəxslər olur ki, onlar rəsmi heç bir yerdə işləmirlər, din xadimi fəaliyyəti ilə bu və ya digər formada haradasa məşğul olurlar. Prosesə nəzzarət ciddi gücləndirməlidir".
Nəzarətin gücləndirilməsi və ya yeni qaydaların tətbiq olunması şəxslər arasındakı münasibəti həm də hüquqi müstəvidə həll etmiş olur. Əks halda bu ailədaxili məsələlərin məhkəməyə qədər gedib çıxmasına gətirib çıxarır. Həm də rəsmi nikah olmadan kəbinin kəsilməməsi erkən nikahların da qarşısını alır.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.