Uşaq ölümlərinin səbəbi niyə artıb?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:36 05.06.2024

Azərbaycanda son üç ildə bir yaşadək ölən uşaqların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə bir yaşadək 2 039 uşaq vəfat edib. Onlardan 1 146 nəfəri oğlan, 893-ü qızdır. 2022-ci ildə bir yaşadək bütün səbəblərdən ölən uşaqların cəmi sayı 959, 2021-ci ildə isə 840 nəfər olub. Bəs bu ölümlərin ciddi formada artmasındakı səbəblər nələrdir?

 

Ölkədə körpə ölümü 1991-ci ildən 2022-ci ilə qədər sürətlə azalmağa doğru gedib. Ən müsbət nəticə elə iki il öncə qeydə alınıb. Amma daha sonra vəziyyət sürətlə mənfiyə doğru dəyişməyə başlayıb. Mütəxəssislər 1 yaşadək uşaqlardakı ölüb səbəbini əsasən erkən doğumlarla əlaqələndirir. Yəni vaxtında dünyaya göz açmayan körpənin həyatda qalma şansı aşağı olur, bəzən isə heç bir ay yaşaya bilmir.

 

Pediatr Günay Rəsulova deyir ki, yeni doğulan körpələrin ölüm səbəbləri daha çox həyatla bir araya sığmayan inkişaf qüsurları, bəzi anadan gəlmə ciddi, metabolik-genetik xəstəliklər, olduğuna görə onlar yeni doğan neanatal dövrdə həyatlarını itirə bilərlər:

 

"Bundan başqa bəzi infeksiyalar, yeni foğan dönəmində olan ağır sepsislər, yeni doğan sepsisləri və sair digər infeksiyalar zamanı ölüm riskləri daha yüksək olur. Bilirik ki bu yaxınlarda hələ indi indi azalmağa başlayır qızılca infeksiyon xəstəlik yayıldı və qızılcadan həyatını itirən uşaqların sayı son 2 ildə əvvəlki illərlə müqaisədə çox oldu və bu cür peyvənddən imtina olunan, peyvənd etdirmiyən ailələrdə doğulan uşaqlarda müalicəsi olmayan ağır infeksion xəstəliklərə uşaqlar yoluxarsa, qızılca kimi, göy öskürək kimi bu uşaqlarda ölüm riski yüksək olur. Ona görə ən çox bir yaşa qədər olan dövrdə körpə ölümlərinin sayı, statistikası digər yaş dövrlərinə görə çox olur".

 

Yaşını tamamlaya bilməyən körpələrin ölüm səbəbləri təkcə bu deyil, ən risqli dönəmdə müxtəlif virus infeksiyalarına da yoluxma halları balacaları həyatından edir.

 

"Sağlam uşaq sağlam hamiləlliyin nəticəsidir"- deyir, mütəxəssislər. Yəni döl hələ ana bətnində formalaşmağa başlayanda valideynlərin diqqətli olmalıdır. Vaxtında həkim müayinəsindən keçməli, lazimi prosedurları həyata keçirməlidirlər ki, nə erkən doğuş, nə də doğulan körpənin həyatı üçün təhlükə olsun.

 

Pediatr Sevda Novruzovanın sözlərinə görə, ilk növbədə analar, həkimlər, tibb işçiləri hamiləliyin düzgün aparılmasına diqqət etməlidirlər. 

 

"Yəni qadınların düzgün qidalanmamasına, təbii ki hamilə qadınlardan söhbət gedir, düzgün gigiyenik qaydalara riaət etməmələri, eyni zamanda spirtli içkilərin, siqaret çəkmələrinin nəticələrində bu hadisələrlə tez-tez rastlaşa bilərik. Bəs bundan başqa nələr ola bilər? Bətn daxili keçirilmiş infeksiyalar , hüceyrə daxili infeksiyalar deyirik bu hallar müşahidə olunduqda, bunu da təbii ki ginekoloqlar vaxtında aşkara çıxarmadıqda və yaxud da hamilələr ginekoloqa vaxtında müraciət etmədikdə yarana bilərlər".

 

Hamiləlik dövründə həkimin dediklərinə tam şəkildə riayət edib, qucağına sağlam körpə alan hər bir valideyn sonrakı dövürdə də diqqətli olmalıdır. Məsələn, uşağı vaxtı-vaxtında pediatr müayinələrindən keçirməli, peyvənd etdirməlidir ki, hər hansı infeksiya körpə üçün ölümcül olmasın.



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.