"Hər mənada yeniyetmə qızlar təhsil almalıdır"-Aydın Hüseynov

Bölmə: Sosial › ,
Tarix: 18:35 07.06.2024

"Yeniyetmə qızların təhsil alması labüd məsələdir. Həyatda öz ayaqları üzərində dayanana kimi həm fiziki, həm mənəvi cəhatdən onlara qayğı lazımdır". Bu sözləri "İnformator.az"-a açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

 

Müsahib Azərbaycanda qızlarının təhsil almasına razı olmayan ailələrin azlıq təşkil etdiyini bildirib.


"Bu kimi hallar kütləvi xarakter daşımır. Bunlara çox az hallarda rast gəlinir. Əsasən, Azərbaycan ailələrində qızların təhsil almasına, oxumasına, cəmiyyətdə yüksək səviyyədə təmsil olunmasına ailə, valideyn tərəfindən çox böyük dəstək verilir. İstisna hallar da var. Bunu önəmli hesab edirəm ki, ilk növbədə həmin ailəni tanıyan, onlara yaxın olan insanlar, ərazi kənddirsə, həmin kəndin ağsaqqalları tərəfindən bu məsələlərə çox həssas yanaşılmalıdır".

 

A.Hüseynov qeyd edir ki, qızları təhsildən yayındıran yetkin yaşda ailə həyatı qurmaq məsələsi ilə bağlı məktəblər tədbir görməlidir.

 


"İlk olaraq məktəblər yetkin yaşa çatmamış ailə qurmağın ziyanları kimi məsələlərə önəm verilməlidir. Müəyyən təbliğat aparılmalıdır. Onlara tədris prosesində bu kimi hallar şagirdlərə tövsiyə olunmalıdır. Hesab edirəm ki, bu kimi məsələlərin məktəblərdə aşılanması daha vacibdir".

 

Çinarə Muradova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.