Şərqşünaslıq İnstitutunda BDU tələbələrinin istehsalat təcrübəsinə yekun vurulub
Bölmə: Sosial › ,Tarix: 13:22 08.06.2024
Bakı Dövlət Universitetinin(BDU) Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsi keçiblər.
Bu barədə "İnformator.az" "science.gov.az"a istinadən xəbər verir.
İnstitutun İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Günay Verdiyevanın rəhbərliyi altında keçən təcrübə müddətində Şərqşünaslıq İnstitutunun əməkdaşları tələbələrə müxtəlif mövzularda mühazirələr oxuyublar. Martın 7-dən başlayan mühazirələrdə institut əməkdaşlarından Nazim Mənsimov peşəkar tərcüməçinin bacarıqları, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva İran dövlətçilik tarixi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə fars ədəbiyyatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva tərcümə bacarıqlarının inkişafı, Saleh Dostəliyev İran tarixi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı İranın Cənubi Qafqaz siyasəti barədə mühazirə söyləyiblər.
Son mühazirədən sonra institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü, Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və filologiya üzrə fəlsəfə doktoru dosent Günay Verdiyeva təcrübə müddətinin bitdiyini elan edərək, tələbələrə gələcək peşə seçimləri ilə bağlı öz tövsiyyələrini veriblər və onlara uğurlar arzulayıblar.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.