"Hər şey sınamaqdan başlayır"-Psixoloq açıqlaması

Bölmə: Sosial › ,
Tarix: 10:10 10.06.2024

"Düşünürəm ki, sınamaq istedad və çox çalışmaqdan da vacibdir". Bu sözləri "İnformator.az"-a "istedad, yoxsa çox çalışmaq?" məsələsinə aydınlıq gətirən psixoloq Fuad Əsədov bildirib.

 

Psixoloq qeyd edib: "Siz nə qədər çox şeyi sınasaz bir o qədər səhvlər edəcəksiniz. Nəticədə səhvlərinizdən bir çox şeylər öyrənəcəksiniz. Sınaqların sayı artdıqca uğur ehtimalı artmağa başlayır. Bu nöqtədə istedad və çalışmaq isə ikinci plana düşmüş olur. Sizin istedadınız varsa, həmin istedadı sınamırsızsa, uğurlu ola bilməyəcəksiz. Əgər çox çalışan insansınızsa, irəlidə başqa biri üçün çox çalışan ona fayda verən bir insana çeviriləcəksiz. İnsanın öz sərhədlərini sınaması və limitlərini aşması, yeri gələndə komfort zonasından kənara çıxaraq limitlərini, gücünü çətinə salması və nə qədər dözə bildiyini, nələr edə bildiyini, digəri nələr edəcəyini bacaracağını yoxlaması insana uğur gətirir. Bu uğur o zaman həqiqi uğur hesab edilir".

 

Çinarə Muradova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.