Qusarda əlilliyi olan qadınları ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi məqsədi ilə seminar keçirilib
Bölmə: Sosial › ,Tarix: 17:47 01.06.2024
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Qusar rayonunda seminar təşkil edilib. Seminarın məqsədi əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaların dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskrimasiyanın aradan qaldırılmasının yollarını müzakirə etmək olub.
Seminarda Qusar rayonunda fəaliyyət göstərən müxtəlif sahələrdən icma qrupları və əlilliyi olan şəxslərin yaxınları, qohumları və özləri iştirak ediblər. Seminar zamanı layihə çərçivəsində həyata keçirilən dəstək proqramları, əlilliyi olan qadınların sosial problemlərinin həlli istiqamətində görülən işlər, müraciətlərin həllində müsbət nəticələr və dəyişikliklər, əldə olunan nailiyyətlər və görüləcək işlər, onların qarşılaşdıqları çətinliklər, bəzi dövlət qurumlarında əlil qadınlara qarşı mənfi münasibətin həllində əməkdaşlıq siyasətinin formalaşdırılması, təhsil məsələləri müzakirə edilib.
İştirakçılarla sual-cavab sessiyası təşkil olunub. Qusar rayonunun 32 kəndində icma rəhbərlərinin təyin edilməsi mexanizmi ilə bağlı müzakirələr aparılıb. Seminar zamanı, həmçinin əlillik və cəmiyyətdə əlilliyə dair stereotiplər və yanlış münasibətlə bağlı müzakirələr aparılıb. Əlilliyi olan qadınlar və qızlar özlərinin məlumatları olmadıqları məsələlərlə bağlı qarşılaşdıqları problemlər və onların həll yolları haqqında fikirlərini bildiriblər. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparılıb. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi diqqətə çəkilib.
Seminarda 25 nəfər iştirak edib. Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.