Təhsil krediti hansı şərtlərlə verilir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:43 10.06.2024
Hər il ali təhsil müəssisəsinə dövlət sifarişi əsasında qəbul olanlarla yanaşı kifayət qədər insan həm də ödənişli əsaslarla təhsil qazanır. Amma bəzən ailənin maddi imkanı övladını ödənişli oxutdurmağa imkan vermir. Belə olan halda da pula görə onlarla şəxs ali təhsildən kənarda qalır. Amma 2021-ci ildən artıq Təhsil Tələbə Kredit fondunun yaradılması həmin şəxslərə şans verir. Fond sənin təhsil haqqını universitetə ödəyir. Bu proses necə olur? Təhsil tələbə krediti hansı şərtlərlə verilir?
Hər il ixtisas seçiminin nəticələri açıqlandıqdan sonra çox sayda abituriyent təhsil almaqdan imtina edir. Səbəb də onların ödənişli əsaslarla təhsil almaq hüququnu qazanması olur. Valideyn ödəniş edə bilmədiyi üçün, ali təhsil müəssisəsinə qeydiyyatı həyata keçirmirlər.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, DİM o cümlədən Elm və Təhsili nazirliyinin verdiyi vaxt ali təhsil müəssisəsinə qəbuldan sonra olur:
"10 gün 15 gün sonra yaxınlaşıb qəbul olduqları ali təhsil müəssisəsindən qeydiyyatdan keçməlidirlər. Məhz həmin dövrdə əksər valideynlər, ə əksər tələbələr təhsil haqqını ödəməklə bağlıp çətinlik qarşısında qalırdılar. Onlar müvafiq ödənişi ödəyə bilmədikləri üçün əlaczılıqdan qalıb, imtina edirlər, qeydiyyatdan keçmirdilər. Hətta bəzi hallarda universitetə qəbul olub, 1-ci ilin təhsil haqqını ödəsə belə, ikinci ili ödəyə bilmədikəri üçün təhsillərini dayandırmalı, ya da dondurmalı olurdular".
Son 3 ildir ki, belə problemlərin sayı azalıb. Tələbələr Təhsil Tələbə Krediti Fonduna müraciət edərək təhsil haqqını ödəyə bilirlər. Fondun yaradılmasında məqsəd də elə hər kəsin təhsilə əlaçatanlığını təmin etməkdir. Təhsil krediti sosial və standart olmaqla iki qrup üzrə verilir. Sosial qrupa əhalinin həssas təbəqəsi, standarta isə digər şəxslər aiddir. Sosial təhsil tələbə krediti 2 faizlə, standart kredit isə illik 6 faizlə təklif olunur.
Amma hansı təhsil pilləsi olmasından aslı olmayaraq tələbə əyani oxumalı və heç bir kəsiri olmamalıdır. Kredit hər semestr üzrə tələbəyə verilir. Kreditin verilməsi prosesi isə olduqca sadədir. Tələbədən əlavə heç bir sənəd tələb olunmur və müarciət onlayn qaydada həyata keçilir.
Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədr müavini Bəhruz Əzimov qeyd edib ki, e-ttkf.edu.az portalı üzərindən tələbəyə yalnız burda bir neçə klikdən ibarət prosesi yekunlaşdırır:
Təhsil məlumatları, şəxsi məlumatlar və özünün ailəsi barəsində olan məlumatlar sistem avtomatik qaydada inteqrasiya olunmuş bazalardan əldə eliyir. Elə başa düşürlər ki, təhsil kreditini nəğdləşdirmək mümkündür və yaxud da onu əldə etmək mümkündür, xeyr, qurulmuş mexanizm belədir ki, əldə olunmuş vəsait birbaşa təhsil müəssisəsinin büdcəsinə elektron qaydada daxil olur".
Kreditin ödənilməsinə gəldikdə isə tələbə təhsil müddəti boyunca ödənişi istədiyi şəkildə və yaxud heç ödəməyə bilər. Hətta təhsil müddətində ödəməsə də, heç bir faiz əlavə olunmur. Amma təhsilini başa vurduqdan sonra 2 il möhlət verilir və daha sonra ödəniş tələb olunur. Hazırda fondda yaz semestri üçün kredit müraciəti davam edir. Növbəti semestr -yeni tədris ili üçün müraciətlərin isə iyuldan başlayacağı gözlənilir.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.