Qurban bayramına hazırlıq bazarlarda müşahidə olunur?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:40 11.06.2024
Qurban bayramına bir həftədən də az vaxt qalıb. Hər il bayram qabağı bölgələrdə olduğu kimi paytaxt ərazisində yerləşən heyvan bazarlarında da canlanma müşahidə edilirdi. Bəs bu il vəziyyət necədir?
Hazırda durğunluq müşahidə edilən bazarların bayram müddətində canlanması gözlənilir. Artıq dövlət qurumları da Qurban bayramı üçün hazırlıqlara başlayıblar. 16-17 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək.
AQTA-nın şöbə müdiri Mansur Piriyev bildirib ki, Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsim və satışının müvafiq norma və qaydalara uyğun şəkildə, həmçinin baytarlıq-sanitariya tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı olaraq agentlik yoxlama nəzarət tədbirlərini, həmçinin tənzimləmə işləri davam etdirməkdədir:
"Hazırda bununla bağlı olaraq agentliyin müfəttdişləri tərəfindən yerlərdə manitorinqlər keçirilir və həmin manitorinq nəticələrinə uyğun olaraq siyahılar tərtib olunacaq. Sabahdan etibarən agentliyin rəsmi saytında həmin kəsim və satış məntəqələrinin ünvanları dərc olunacaq. Onu da qeyd etmək istəyirəm ki, ölkəmizdə olan kəsim məntəqələri əhalinin heyvan kəsimi ilə bağlı tələbini ödəyir".
Lakin buna baxmayaraq bayram müddətində insanların tələbatı nəzərə alınmaqla bir sıra regionlarda agentliklə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Bayram günlərində heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə kəsimi və satışı aparıldıqda, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.