"Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu"
Bölmə: Sosial › ,Tarix: 22:18 12.06.2024
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin həyata keçirdiyi "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" layihəsinin əsasında çap olunan eyni adlı kitabın təqdimat mərasimi keçirilib.
Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu tədbiri açıq elan edərək Türk dünyasının ilk qadın vəkili, qadın hüquqları müdafiəçilərindən biri olan Sürəyya xanım Ağaoğlu, Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkiri Əhməd bəy Ağaoğlu barəsində öz fikirlərini söyləyib, kitabın layihə rəhbəri Akif Aşırlıya öz təşəkkürünü bildirərək sözü ona verib.
Kitabın tərtibçisi, layihə rəhbəri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Akif Aşırlı jurnalistika fakültəsi tələbələrinə Türkiyənin ilk qadın vəkili azərbaycanlı Sürəyya xanım Ağaoğlunun keçdiyini həyat yolundan, Mustafa Kamal paşa Atatürklə və digər tarixi şəxsiyyətlərlə olan xatirələrindən danışıb. Onun ictimai- siyasi fəaliyyətinə diqqət çəkib, Sürəyya xanımın "Səssiz gəmini beklerken", "Ömür böyle keçdi" memuarlarından söhbət açıb. Akif bəy qeyd edib ki, Sürəyya xanımın 100 illiyinə Türkiyədə qızıl sikkələr kəsilib, küçə və Eyitim araşdırma vakfı da onun adını daşıyır. O bildirib ki, Sürəyya xanım 1949- cu ildə kimsəsiz uşaqlar üçün sığınacaq, "Uşaq dostları" dərnəklərini açdırıb.
"Sürəyya xanım nəinki Azərbaycanın, Türkiyənin eləcə də bütün Türk və müsəlman dünyasının nəcib qadınlarından biridir".
Sonra söz BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədliyə verilib. Atatürkün Əhməd bəy Ağaoğlu barəsində dediyi "İçimdə ən böyük ağrı Əhməd bəy Ağaoğlu öləndə və yoldaşım öləndə olub" sözlərini qeyd edərək, Əhməd bəyin və Sürəyya xanımın xatirələrindən söz açıb.
Sonda Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da öz fikirlərini bildirib və layihə rəhbəri Akif Aşırlıya öz təşəkkürünü bildirib.
Akif Aşırlı təqdimatın sonunda tələbələrin hər birinə "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" kitabını imzalayaraq hədiyyə edib. Xatirə fotosu ilə təqdimat yekunlaşıb.
Banuçiçək Kalbalıyeva
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.