Binaların qarşısında qoyulan maneələr: Qanunla necə tənzimlənir?

Bölmə: Sosial › ,
Tarix: 18:26 13.06.2024

Paytaxtda və ətraf rayonlarda zaman-zaman binaların və fərdi yaşayış evlərinin qarşısına müxtəlif maneələrin quraşdırıldığını görürük. Səbəb isə bəllidir. Digər şəxslərin həmin ərazilərdə nəqliyyat vasitələrini park etməsinin qarşısını almaq. Bəs, belə maneələrin yerləşdirilməsi qanunla necə tənzimlənir? Bu cür mənzərəyə bir çox ərazidə rast gəlmək olur. Ekspertlər deyir ki, əslində vətəndaşları müəyyən qədər anlamaq olar. 

 

Nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, məsələnin qanun tərəfinə baxsaq, təbii ki qanunsuzdur:

 

"Vətəndaş bunu özü də bilir, amma vətəndaşın gözündən baxanda görürsən ki, onun da başqa bir yolu yoxdur. O, öz təhlükəsizliyini düşünür, evinə gəlir məsələn binadırsa, orda saxlamalıdır və bəlli bir ərazi zəbt olunur. Bələdiyyə onu aidiyyəti qurumlarla razılaşdırsan ki, biz burada bu şəkildə tənzimlənən yeri gələndə məsələn yanğın olanda yanğınsöndürən gələndə onu aça biləcək bir format olsa, bu daha anlayışlı olar".

 

BŞDYPİ-nin bölmə rəisi deyir ki, yolların hərəkət hissəsində sədlərin, şlaqbaunların quraşdırılmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə və yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması yolverilməzdir:

 

Belə hal aşkarlandığı təqdirdə Azərbaycan Respublikasının inzibati xətallar məcəlləsinin 354-cü maddəsinə əsasn fiziki şəxslər barəsində 80 manatdan 100 manatadək,vəzifəli şəxslər barəsində 400 manatdan 500 manatadək, hüquqi şəxslər barəsində isə 3000 manatdan 4000 manatadək cərimə nəzərdə tutulub".

 

Cərimələr tətbiq olunsa da, bir çox ərazidə belə hallar müşahidə olunur. Görünən odur ki, qanunvericiliyin tələblərinə əməl edilməsi üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var.



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.