Çirkli çimərliklərin zərərləri nələrdir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 18:39 13.06.2024

Çimərlik mövsümü açılmamışdan qabaq aidiyyəti qurumlar yoxlamalar aparırlar. Təhlükəli olduğu üçün istifadəyə yararsız hesab olunan çimərliklərin adlları müəyyən olunur. Artıq bir neçə gün bundan əvvəl bakteriyaların çox olduğu çimərliklərin adları açıqlandı və istifadə tövsiyə edilmədi. Amma təəssüf ki, hazırda təhlükəli hesab edilən çimərliklərə çox sayda insan üz tutur. Həkimlər isə çirklənmə dərəcəsi normadan artıq olan sularda çimməyin çiddi fəsadlar yarada biləcəyini deyirlər.

 

Gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları Xəzər dənizinin çimərliklərindən su nümunələri götürərək araşdırmalar aparıblar. Araşdırma nəticəsində bəzi çimərliklərdə suyun çirklənməsinin normadan artıq olduğu və eyni zamanda zərərli maddələrin çox olduğu müəyyənləşib ki, biz də hazırda həmin çimərliklərdən birində, Şıxov çimərliyindəyik. Bu ərazidən istifadə insanlara tövsiyyə olunmasa da kifayət qədər çimənlər var.

 

Sakinlər suyun çirkli olduğunu qəbul etməsələr də reallıq dəyişmir. Gigiyena və Epidemiologiya Mərkəzinin yoxlamalarına əsasən Təkcə Səbail rayonunun Şıx çimərliyi deyil, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin suyunda da bakterioloji çirklənmə səviyyəsi normaya uyğun deyil. Bu səbəbdən də müvəqqəti olaraq istifadəyə yararlı hesab olunmur. Həkimlər də çirkli sularda çimməyin fəsadlara yol açdığını deyir. 

 

Həkim Aygül Hacıyevanın sözlərinə görə, baxmayaraq ki dəniz özü dezinfeksiya edici məhluldur, müəyyən bakteriyaları məhv edir. Amma buna baxmayaraq müəyyən ekolindeks yüksək olduğu zaman xəstəlik törədə bilir:

 

"Xüsusən də uşaqlar çimən zaman su uda bilərlər ki, bu zaman fekal-oral yolla yayılan infksiyalar daha çox baş qaldırır və müəyyən xəstəliklərə gətirib çıxarır. Bu da qızdırma, ishal, baş gicəllənmə kimi hallara gətirib çıxarır.

Çimərliyə yararlı olmayan sularda daha çox bağırsaq çöpləri, samneloz, dizinteriya digər dəri üçün, göz üçün zərərli olan mikroblar, göbələklər daha çoxdu. Bu zaman miningit, otit, kaliktivit, dəmirov, göbələk kimi xəstəliklər də baş verir buna görə də xüsusən xroniki mədə-bağırsaq xəstəlikləri olanlar uşaqlar, daha çox imun sistemi zəyif olanlar və yaşlılar risk altındadılar".

 

Bu xəstəliklərə yoluxmamaq üçün sakinlərdən istifadəyə yararsız çimərliklərə getməmələri tövsiyə edilir. Qeyd edək ki, Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsindədir.



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.