Saatlıda nektarin yığımına başlanılıb

Bölmə: Sosial › ,
Tarix: 22:30 21.06.2024

Aran bölgəsinin qızmar günəşi altında nektarin yetişdirilib. Artıq yığıma da başlanılıb. İlk dəfə salınan nektarin bağından, bu il ilk məhsul tədarük olunur.

 

Nektarin bağı Saatlı rayonunun Qaralar kəndində salınan bir neçə meyvə bağından biridir. Ağaclar ötən il əkilib və bu il barı verib. Həm də olduqca keyfiyyətli meyvə yetişdirilib. Bağdan ümumilikdə 30 tondan artıq nektarin toplanılması praqnozlaşdırılır. Bu, bu il üçün olan gözləntidir. Nektarin ağacları yaşa dolduqca daha çox məhsul verə biləcək. Misal üçün, növbəti illərdə hər bir ağacdan 25-30 kq nektarin tədarük olunacağı praqnozlaşdırılır.

 

Saatlıda istehsal olunan nektarininin növbəti illərdə xarici ölkələrə də çıxarılması nəzərd tutulub. Bağın gəlcək imkanları da genişdir. Çünki, qurulan müasir şərait bunu deməyə əsas verir. Qeyd edək ki, nektarin tərkibi bir çox bitamilərlə zəngin olan meyvədir. Nektarinin tərkibində olan A və E vitaminləri, antioksidantlar dərinin elastikliyini artırır, dəridə olan xırda qırışları açır, çapıqların sağalmasını sürətləndirir, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ürək döyüntülərinin zəifləməsi zamanı, qan azlığında, mədə turşuluğunun miqdarı artdığı zaman, çox faydalıdır. Müntəzəm nektarin şirəsi içmək arterial təzyiqin və ateresklerozun profilaktikasında çox xeyirlidir. 



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.