Qubada Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir təşkil olunub
Bölmə: Sosial › ,Tarix: 16:41 26.06.2024
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir təşkil olunub.
"İnformator.az" xəbər verir ki, “26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür" adlı tədbirdə Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin, eləcə də “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları iştirak ediblər. Giriş sözü ilə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova qoruq əməkdaşlarını salamlayaraq bildirib ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də böyük inkişafa nail olunub, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi sayəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılıb. Daha sonra çıxış edən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov qeyd edib ki, tarixin bütün dövrlərində ordu dövlətin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin təmin olunmasında, regionda və dünyada söz sahibi olmasında xüsusi rola malik olub. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları Naibə Məmmədova, Zaur Cəfərov, Yusifli Emin, Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, Kompleksin əməkdaşları Ülkər Zeynalova, Səriyyə Abidova çıxışlarında ordu quruculuğunun tarixinə nəzər salaraq bildiriblər ki, Azərbaycan hərb meydanında hər zaman öz sözünü söyləyib, ən müasir hərbi texnika ilə təchiz olunan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirib və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bu, Azərbaycan ordusunun son yüzillikdə qazandığı ən böyük zəfərdir.
Tədbir mövzu ətrafında müzakirələrin aparılması ilə davam edib.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.