“İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib
Bölmə: Sosial › ,Tarix: 11:51 27.06.2024
Goranboy rayonunda Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi (KOBİA) Babək Nəsibov, Gəncə Daşkəsən Regional Məşğulluq Filialının Goranboy xidmət şöbəsinin baş mütəxəssisi İqbal Süleymanov, Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbin direktoru Vüqar Əmrahov və Goranboy rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması, o cümlədən icma quruculuğu prosesinin dayanıqlı və davamlı əsaslarının formalaşdırılması prosesinin dəstəklənməsi, o cümlədən: həmin ərazilərdə əmək bazarının inkişaf meyillərinin öyrənilməsi, inkişaf planlarının parametrləri üzrə təhlillərin aparaılması, hədəf qruplarının əmək bazarının potensial tələblərin haqqında maarifləndirilməsi, əmək qabiliyyətli vətəndaşların, xüsusi ilə gənclərin peşə/ixtisas seçimi istiqamətlərinin rasional şəkildə yönləndirməsi, hədəf qruplarına fərdi sahibkarlıq bacarıqlarının öyrədilməsi və başqa sözlə məcburi köçkünlərin maarifləndirilməsi yolu ilə böyük qayıdışa ön hazırlıq işlərinin aparılmasıdır.
Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, həmin ərazilərin kifayət qədər potensialı vardır. Həm resurslar baxımından, həm də flora və fauna baxımından. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatının əsas üç istiqamətdə inşa olunması proqnozlaşdırılır və inkişaf etdiriləcəkdir. Bunlardan kənd təsərrüfatı, turizm və digər xidmətlər sahəsi, eyni zamanda paralel olaraq da mineral resurlarla zəngin bölgə kimi bu istiqamətdə emal sənayesini də inkişaf etməsi proqnozlaşdırılır. Hazırda ilkin qiymətləndirmələrə görə həmin bölgələrdə məskunlaşma başa çatdıqda təxminən 140 minə yaxın işçiyə-əməkçiyə ehtiyac yaranacaqdır. Yəni bu o deməkdir ki, kənd təsərrüfatında ixtisaslı kadrlara belə geniş yer ayrılacaqdır. İkinci ən böyük sahə ticarət sahəsidir ki, 82 min həmin sahədə işçiyə-əməkçiyə ehtiyac olacaqdır və üçüncü təhsil sahəsidir.
Tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi (KOBİA) Babək Nəsibov, Gəncə Daşkəsən Regional Məşğulluq Filialının Goranboy xidmət şöbəsinin baş mütəxəssisi İqbal Süleymanov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.