Müəllimlərə şad xəbər: "Yeni tədris ilindən..."
Bölmə: Sosial › ,Tarix: 22:58 27.06.2024
Müəllimlərə şad xəbər var. Növbəti tədris ilindən təxminən 35% təhsilverən 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Eyni zamanda sertifikatlaşdırma imtahanından keçə bilməyənlərin yerinə yeni pedaqoqlar işə götürüləcək. Elm və Təhsil Naziri Emin Əmrullayev həmçinin hansı müəllimlərin işdən çıxarılacağına da aydınlıq gətirib.
"Sertifikatlaşdırma imtahanlarında 4 min 30 müəllim keçid balını toplaya bilməyib"-deyən, Elm və Təhsil Naziri Emin Əmurullayev qeyd edib ki, indiyədək prosesdə 64 min 500 təhsilverən iştirak edib. Onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-i riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub. 443 pedaqoq isə hələ prosesdə iştirak etməyib. Nazir həmçinin imtahanda uğur qazana bilməyən ibtidai sinif müəllimlərinin daha çox hansı təhsil müəsisələrinin məzunları olduğunu da açıqlayıb.
"Göyçay idarə etmə və texnologiya kollecindən 136 adam iştirak edib onlardan 36 faizi imtahanda qənaətbəxş nəticə göstərməyib. Məsələn, Astara pedoqoji texnikomu xüsusi vurğulanmalıdır. 1113 məzunu iştirak edib, onlardan 30 faizi 29 faizi uğursuz olub.Yəni bu bir daha bizə onu göstərir ki, Ali təhsil orta ixtisas təhsili səviyyəsində keyfiyyətə nəzarət tədbirləri aşağı olanada və işəqəbul mexanizmləri yerində olmayanda biz uzunmüddətli vədədə hansı şəkillə üz-üzə qalırıq".
Bəzi rayonlarda riyaziyyat fəni üzrə hər beş müəllimdən biri sertifikatlaşdırma prosesində nəticə göstərə bilməyib deyən nazir işdən çıxarılan müəllimləri müsabiqədə yüksək nəticə göstərən pedaqoqların əvəz edəcəyini bildirdi. 2024-2025-ci tədris ilində 55 mindən çox müəllim əməkhaqqısını artımla alacaq. Söhbət min manat və daha yuxarı məbləğdən gedir.
"Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəlllimlərimizin orta əmək haqqısı sentyabırdan ehtimal olunur ki, 1295 manat və daha yuxarı olacaq bu kros əmək haqqıdır. Sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə yəni uğur qazanıb, amma 51 yığa bilməyib. Sertifikatlaşdırmada iştirak etməyən müəllimlər hələki 750 manat alır. Amma növbəti illərdə o rəqəmlər də artacaq".
Nazir hesab edir ki, növbəti sertifikasiya imtahanları builki kimi ağrılı olmayacaq. Əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir. Nazirin sözlərinə görə üç dəfə ardıcıl şəkildə prosesdə iştirak edib uğurlu nəticə göstərən müəllimlər fəaliyyətləri dövründə sertifikatlaşdırma imtahanından azad olunacaqlar.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.