“Yurd həsrəti” layihəsinə start verildi
Bölmə: Sosial › ,Tarix: 13:20 01.07.2024
“Yurd həsrəti” adlı layihənin məqsədi Qarabağ münaqişəsi nəticəsində 30 ilə yaxın bir müddətdə sosial-psixoloji problemlərlə üzləşən, lakin bir gün belə ruhdan düşməyən və yurduna dönəcəyi ümidi ilə yaşayan insanların həyat hekayələrinin hazırlanmasıdır. Bu həyat hekayələrinin hər biri uğurlu sonluqla başa çatıb.
Konkret olaraq Kəlbəcər sakinləri ilə söhbətlər aparılacaq və onların çin çıxan yuxularına toxunulacaq. Yuxularında evinə gedənlər indi real olaraq yurda gedirlər. Həm də bu insanların timsalında sülhə, əməyə, dinc yaşayışa çağırışlar ediləcək. İşıqlı gələcək qurmağın heç vaxt gec olmadığı göstəriləcək.
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin sədri Bəsti Nəsibovanın sözlərinə görə, ilk olaraq Kəlbəcərli sakinlərlə ayrı-ayrılıqda söhbətlər aparılacaq, onların işğal zamanı özləri ilə gətirdikləri əşyalar, sənədlər barədə məlumatlar əldə ediləcək, sonra gələcək planları haqqında “Çin çıxan yuxular” adlı video material hazırlanacaq, daha sonra ənənəvi və sosial mediada yayaımlancaq.
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin bu ilin iyul ayının 1-dən sentyabrın 30-a kimi davam edəcək “Yurd Həsrəti” adlı layihəsinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı göstrir.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.