Bu gün “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilib

Bölmə: Sosial › ,
Tarix: 19:20 01.07.2024

İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilib. 

 

"İnformator.az" xəbər verir ki, "Təhsildə bərabərliyə doğru tədqiqat və təcrübəyə nəzər devizi" altında keçirilən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.

 

Konfransda Elm və Təhsil naziri Emin Əmrullayev və ölkənin aparıcı təhsil ekspertləri bir sıra rayon məktəblərinin də göstərdikləri uğurlu nəticələr barəsində fikirlər səsləndirib. 

 

Bu məktəblərdən biri də təhsil aldığım Nüsrət Şirinovun direktorluq etdiyi Azərbaycan Respublikasının Sabirabad Rayon Çığırğan kənd Şəhid Cəlil Xəlilov adına tam orta məktəbdir.

 

Sözügedən məktəb daim şagirdləri diqqət mərkəzində tutur, onların təlim-tərbiyəsi üçün bütün şəraiti yaradır. Təbii ki, bunları edənlər də məktəbin direktoru Nüsrət Şirinov və onun kollektiv heyətidir.

 

Kiçik bir kəndin kiçik məktəbi nəyin ki, Sabirabad rayonunun məktəblərindən, hətta digər rayonlar və Bakının bəzi kəndlərindəki məktəblərdən də üstün mövqeyə malikdir.

Hər il keçirilən buraxılış imtahanlarında göstərilən nəticələr bunun bir sübutudur.

Bunun sirrinə gəldikdə isə o məktəbin yetirməsi olaraq belə açıqlaya bilərəm ki, səmərəli iş metodu, müəllimlərin uğurlu dərs tədqiqi və şagirdlərin həvəslə çalışmasından ibarətdir. 

 

 

Mayıl Soltanov



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.