Havanın kəskin dəyişməsinin ölkədaxili turlara təsiri-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 22:39 03.07.2024
Bölgələlərdə havanın kəskin dəyişməsi ölkədaxili turlara ciddi təsir göstərib. Deyilənə görə, leysan yağışlar səbəbindən çox sayda tur şirkəti səfərləri təxirə salmalı olub. Əslində son bir neçə gündür ki, hava isinib. Amma yenə də insanlar rayonlara üz tutmaqda tərəddüd edirlər.
İyun ayı ərzində Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara və digə bölgələrdə mütəmadi olaraq hava kəskin dəyişdi. Bu isə ölkədaxili turların sayında xeyli azalmaya səbəb olub. Tur şirkətləri hava şəraitini nəzərə alaraq çox sayda səfərləri təxirə salıb.
Ekspertlərin sözlərinə görə, yaranan təhlükəli vəziyyət rayonlara səfər etmək istəyənlərin gözünü qorxudub. Son günlər hər nə qədər qiymətlərdə endirimlər edilsə də, həm yerli həm də xarici turistlər rayonlara səfər etmək istəmirlər. Bu hal isə ölkədaxili turizm sahəsinə mənfi təsir göstərir.
Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, regionlara yağan intensiv yağışlar həm otellərin fəaliyyətində, eyni zamanda rayonlara gedən turistlərin gedişində müəyyən çətinliklər yaratdı:
"Keçən ilki bu vaxtı nəzərə alsaq, yəni bu il həmin dövr ərzində paytaxtdan regionlara səfər edən turistlərin sayında daşqınlarla əlaqəli olaraq 20-25% yəni turist kütləsinin aşağı düşməsinin şahidi oluruq. Paytaxtda havaların sərin keçməsi də təxminən 30% turistlərin paytaxtda qalmasına daha çox üstünlük verirlər".
Görünən odur ki, ölkədaxili turizm sahəsində hələ bir müddət də durğunluq müşahidə ediləcək. Çünki qarşıdakı günlərdə rayonlarda havanın qeyri sabit keçəcəyi gözlənilir. Sinoptiklərin məlumatına görə bəzi dağlıq ərazilərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.