Metroda sıxlığın qarşısı alınacaq ?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 23:31 05.07.2024

Son vaxtlar xüsusən isti aylarda metroda insanların hallarının pisləşdiyinin şahidi oluruq. Bunun əsas səbəblərindən biri də məhz insan sıxlığıdır. Nəzərə alsaq ki, metro və yerüstü nəqliyyatda sərnişin daşıma qiymətləri artılırdı. Bəs bunun qarşılığında, dövlət xəttə yeni müasir standartlara cavab verən daşıyıcılar buraxacaqmı ? 

 

Şəhərdəki köhnə avtobuslar şəhərdə kifayət qədərdir. Onların bu qiymət artımından sonra dəyişdirilməsi gözlənilirmi ?

 

Mövzu ilə bağlı Nəqliyyat eksperti Aslan Əsədov "informator.az"a açıqlamasında bildirib ki, Bakı şəhər metrosunun inkişafının dövlət proqramı əsasında yeni xətlərin çəkilməsi, yeni metro stansiyaların istifadəyə verilməsi, vaqonların alınması və digər bu kimi addımlar dövlət proqramı çərçivəsində edilir:

 

"Bu sahəyə dövlətin ayırdığı vəsait əsasında bu işlər görülür. Görülən işlərin əsas mahiyyətini yeni infrastruktur sayılan texniki avadanlıqların təczihatı ilə bağlıdır. Ona görə də həmin vaqonların istismara buraxılış zamanı müəyyən imkanların olmamasından gedir. Sıxlığa gəldikdə, metronun yay rejiminə keçməsi ilə bağlıdır. İstiqamət üzrə İçərişəhər-Həzi Aslonov, Dərnəgül-Həzi Aslanov əsas sıxlıq bu istiqamətlər üzrədir. Digər istiqamətlər Avtovağzal-Xətayi yeni istismara verilən, 8 noyabr istiqamətidə mövcuddur. Bu istiqamətlərdə sıxlıq yoxdur".

 

Metroda insanların hallarının dəyişməsi məsələsi ilə bağlı Tibb üzrə ekspert Adil Qeybulla qeyd edib ki, son vaxtlar havaların nisbətən isti keçməsi insanların səhətində öz təsirini göstərir:

 

"Əgər müşahidə aparsaq bu, haldan-hala düşən qadınların  əksəriyyəti klimaks yaşında olanlardır. Bizim xanımlar hormanol dəyişik yaşında həkimə müraciət eləmirlər, lazımlı müalicə almırlar. Nəticədə də, qan təzyiqi, çəki alma kimi hallar baş verir. İsti havadan sərin havaya keçəndə də belə dəyişikliklər müşahidə olunur. Qadınlar arasında bu məsələnin çoxluq təşkil etmə səbəbi budur".

 

Vüqar Alışov



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.