"Payızda bu avtobuslar dövriyyədən çıxarıla bilər"-EKSPERTDƏN AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:36 09.07.2024
"İctimai nəqliyyatın avtobus seqmentində istismar oluna biləcək nəqliyyat vasitələrinin, həmçinin, onların texniki göstəriciləri, onlara olan tələblər yeni qaydalarda əksini tapıb". Bu sözləri "İnformator.az"-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Ekspert qeyd edib ki, məsələ avtobusların köhnə və ya yeni olması deyil, onların sərnişin daşımağa nə dərəcədə yararlı olmasıdır.
"Məlumdur ki, hazırda ictimai nəqliyyatda çalışan bəzi özəl daşıyıcıların nəqliyyat vasitələri var ki, onlar artıq öz ömrünü başa vurub. İctimai nəqliyyatda bu gün istismar olunmağa yararlı deyil. Belə avtobusların sayı azdır. Düşünürəm ki, payızda bu avtobuslar dövriyyədən çıxarılacaq. Xüsusən yay mövsümlərində bu cür xəbərlər ilə rastlaşırıq ki, bəzi sürücülər avtobuslarda soyutma sistemini işə salmırlar. Bu müəyyən səbəblərdən baş verir. Payız mövsümündə ölkəmizə gətiriləcək avtobuslar müasir standartlara cavab verəcək. İctimai nəqliyyatda istismara yararlı olmayan avtobuslar digər istiqamətlərdə çalışa bilərlər".
Çinarə Muradova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.