"BRİKS ən böyük iqtisadi mərkəzlərdən birinə çevrildi"-Rusiya Dumasının spikeri

Bölmə: Siyasət › ,
Tarix: 23:02 11.07.2024

BRİKS-in yarandığı 15 il ərzində dünyanın ən böyük iqtisadi mərkəzlərindən birinə çevrildiyini deyən Dumanın sədri Vyaçeslav Volodin bildirib ki, onun üzvlərinin qlobal iqtisadiyyatdakı payı G7 ölkələrini ötüb.

 

"BRICS mövcud olduğu 15 il ərzində ən böyük iqtisadi mərkəzlərdən birinə çevrilib. Bununla belə, onun iştirakçıları çətinliklərə və sanksiyalara baxmayaraq, mövqelərini yaxşılaşdırıblar (Dünya Bankının 2023-cü il üçün yenidən işlənmiş rəqəmlərinə əsasən)," Volodin Telegram-da yazıb. 

 

Onun sözlərinə görə, Rusiya alıcılıq qabiliyyəti paritetinə (PPP) görə ÜDM-ə görə dünyanın dördüncü ən böyük ölkəsi olub və Avropanın bir nömrəli iqtisadiyyatı olaraq qalır.

 

"Çin reytinqin ilk pilləsində, Hindistan isə üçüncü yerdədir. Braziliya yeddinci yerə yüksəlib. İlk 25 ölkə arasında Misir (17), Səudiyyə Ərəbistanı (18) kimi bir sıra yeni BRİKS üzvləri də var. BRICS ölkələrinin PPP-yə görə qlobal ÜDM-də payı 36,8%-ə yüksələrək G7-nin 29%-lik payını üstələyir”, - Volodin vurğulayıb. 

 

 

Mənbə: TASS:com

Tərcümə etdi: Gülnisə Əfkari