Rusiyalı Medvedev NATO və Ukraynanın tamamilə məhv olmasını istəyir
Bölmə: Siyasət › ,Tarix: 23:05 11.07.2024
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Moskva Ukraynanı Şimali Atlantika Alyansından kənarda saxlamaq üçün səylərini artırmalı və həm keçmiş Sovet respublikasına, həm də bloka son qoymalıdır.
Rusiyalı siyasətçi Vaşinqton Sammiti Bəyannaməsinin aşağıdakı bəndini şərh edib: “Biz Ukraynanı tam Avro-Atlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük yolunda dəstəkləməyə davam edəcəyik”.
"Bir şey dəqiqdir. Biz əlimizdən gələni etməliyik ki, Ukraynanın NATO-ya gedən "dönməz yolu" Ukraynanın və ya NATO-nun sonu ilə bitsin. Yaxud daha yaxşısı - hər ikisi", - Medvedev bildirib.
Mənbə : TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari