"Şəffaf, güvənli cəmiyyət yaradılmadır"
Bölmə: İqtisadiyyat › ,Tarix: 14:46 29.07.2024
Xarici investisiyaların cəlb edilməsi üçün ölkədə hansı islahatlar aparılmalıdır?
Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki, inhisarçılıq aradan qaldırılmalıdır:
"Ölkədə rəqabət məcəlləsi qəbul edilib amma rəqabət məcəlləsinin hər an qəbul edilməsi,qüvvəyə minilməsi əsas deyil.Ədalətli məhkəmə və hüquq sistemi qurulmalıdır.İstənilən təşkilat bilməlidir ki, ədaləti məhkəmədə 100% tapa biləcək.
Daxildə beynəlxalq maliyyə qurumlarının, birbaşa xarici investisiya qoyulması üçün real şərait lazımdır.Müşahidə edərək, iri bankların burda olmasını görüb hesabını rahatlıqla aça bilər, burada rahat əməliyyatlar həyata keçirə bilər və ölkənin maliyyə qurumuna etibar edə bilsin.Beynəlxalq maliyyə qurumlarının, nüfuzlu banklarının ölkəyə gətirilməsinə çalışmaq lazımdır".
İqtisadçı sonda əlavə edir ki,ölkənin tənzimləməsi azalmalıdır, inzibati yük prioqrafiya ,korrupsiya məsələləri aradan qalxmalıdır ki,kapitalist xaricdəki kapitalını bizim ölkəyə gətirsin:
"Dövlətin mülkiyyətində olan, müəssələrin kontrolunda olan, özəlləṣdirilə bilən sahələri özəlləṣdirilməyə çıxarılmalıdır.Çünki bunların strateji və dövlətin iştirakçılığı olmayan ölkələrdə dövlətin payı azaldılmalıdır.Dövlət ordan kənara çıxmalıdır ki,ölkə iqtisadiyyatı dövlətdə böyük olanda özəl sektora ve xarici inverturaya yer qalmır.Müharibə riskləri, gərginlik riski aradan qalxmalıdır ki, sahibkar burda investisiya qoymağa narahat olmasın.Çünki bu riskli məsələ və ciddi narahatçılığdır".
Nərgiz Orucova