Fransanın dağıdıcı mövqeyi, yoxsa Meta şirkətinin maraqları?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:00 05.08.2024

"İnstagram"ın Türkiyədə bağlanılması HƏMAS liderinin öldürülməsi fonunda baş verib.

"İnstagram"ın ABŞ- ın Meta şirkətinin platforması olduğunu və ABŞ- ın HƏMAS- a qarşı olduğunu nəzərə alsaq, Türkiyənin İsmayıl Haniyəyə verdiyi baş sağlığını ABŞ-ın mənfi qarşıladığı qənaətinə gələ bilərikmi? Eləcə də bir müddət öncə Türkiyədə Fransa məktəbləri də bağlanıldı və buna siyasi motiv qazandırıldı. "İnstagramın" Türkiyədə işləməməsi də siyasi motiv daşıyırmı?

 

Bu barədə politoloq Cümşüd Nuriyev "İnformator.az"a açıqlamasında bildirb ki, Türkiyədə "İnstagram"ın bağlanması onun dövlət maraqlarına uyğun olaraq həyata keçirilib:



"Bunun HƏMAS liderinin öldürülməsi fonunda baş verməsi təsadüfü deyil. Bilirsiniz ki, Meta şirkəti Mark Zuckerbeqindir. Və onun da bu məsələlərə münasibəti bir ABŞ vətəndaşı kimi deyil, şəxsi müstəvidə olan münasibətdir. Onun mənsub olduğu millətin əlehinə danışırlar, yazırlar. O da bunları bir növ bloklayır, qarşısını alır. Amma Türkiyənin İsmayıl Haniyəyə olan sevgisi bir qədər anlaşılan deyil. Dövlət səviyyəsində onun Tehranda öldürülməsində fars- molla rejiminin əli olmadığı hələdə sübut olunmayıb. 20- dən çox yüksək rütbəli zabit həbs olunub. Görünən odur ki, burada dövlətin daxilində də bu işlərlə əlaqəsi olanlar olub və Türkiyədə "İnstagram"ın bağlanması ilə nəyisə dəyişməyəcəklər, buna gücləri də çatmayacaq. Bu bir növ Türkiyənin indiki maraqlarına da uyğun deyil. Bu daha çox Meta şirkəti ilə bağlı olan güclərin marağına uyğundur".

Politoloqun sözlərinə görə, insanları o qədər alışdırıblar ki, hamı sosial şəbəkə də oturur və onlar bütün vaxtlarını sosial şəbəkələrdə keçirir:



"Milyonlarla insanın əlindən birdən- birə bunun alınması böyük bir narazı kütlə yaradır. Bunların hamısı düşünülərəkdən, bilərəkdən edilir. Türkiyə öz milli maraqlarına uyğun siyasət yürütdüyünə görə Qərbin dərin dövləti Türkiyəyə qarşı tamam sərt mövqe tutub ona görə də Türkiyədə Fransa məktəbləri də bağlandı. Və bütün hallarda bu, Türkiyənin maraqlarına uyğundur. Çünki Fransanın tutduğu mövqe kifayət qədər əks mövqedir. Həm də yırtıcı, dağıdıcı mövqedir. İstənilən dövlət də öz maraqlarına uyğun olaraq onu gözləyə biləcək xarici təhdidlərin daxili təhditlərə keçməməsi üçün addımlar atır. Görünən odur ki, yavaş- yavaş Türkiyəni də qarışdırmağa can atırlar. Hər halda bu çox çətin olacaq. Çünki Türkiyədəki milli birlik çox yüksəkdir. Türkiyənin 600 illik imperiyasında dövlətçilik ənənləri var. Belə xırda şeylərlə Türkiyəni tərpətmək, sındırmaq mümkün olmayacaq. Amma hər halda ehtiyatlı olsalar, daha yaxşı olar".


Banuçiçək Kalbalıyeva