İsti havada soyuq duş almaq sağlamlığa necə təsir edir? -Həkim RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 18:32 08.08.2024

İsti havalarda əksər insanlar sərinləmək üçün soyuq su ilə duş alırlar. Bəs bunun orqanizmə hansı zərərləri var? Həqiqətən də soyuq su ilə duş insanı rahatladırmı?

Bu barədə tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlamasında bildirib ki, ən yaxşı halda insan bədəninin temperaturuna uyğun, təqribən 36-37 dərəcə duş qəbul etmək bədənin temperaturuna uyğun olur:

"Soyuq duş qəbul etməyin müsbət tərəfi budur ki, gərək, mütəmadi qəbul edəsən. İnsan bədəni mütəmadi soyuq duş qəbul edəndə həmin o, soyuq duş insanın bədənində hərəkət etməyən hüceyrələri hərəkətə gətirir. Mübadilə yüksəlir, insan bədənində enerji yerdəyişmələri yaxşılaşır. Məsələn, hər kəsin işinə uyğun onun hüceyrələri işləyir. Ona görə də, deyirlər ki, fiziki hərəkət lazımdır. Soyuq duş sanki yatmış hüceyrələri oyadır. Soyuq duşu qəbul etməyi bədənlərinə öyrəşdirən insanlar üçün bu, cəhət yaxşıdır. Ən azı səhərlər oyananda, ilk dəfədən başlayaraq həmin o soyuq duşun bədəni qızarana qədər silmək, qızarana qədər silmək, dəridəki qidalandırıcı damarlar kapilyar damarlar yaxşılaşır. İnsan bədənində qan dövranı yaxşılaşır. Ayrı-ayrı hüceyrələrin qidalanması yaxşılaşır".

Ekspertin sözlərinə görə, ürək-damar xəstəliyi olan insanların soyuq duş qəbul etmələri məsləhət deyil. İsti havada duşa girdiyimiz zaman bədən rahatlanır.

Nigar Səmədli