Tibb kurslarını bitirən şəxslərin sertifikatları nə dərəcədə etibarlıdır?

Bölmə: Sosial › ,
Tarix: 21:47 25.11.2024

Tibb kursuna müraciət edənlərin sayı artıb. 6-12 ay ərzində keçirilən bu kursları bitirənlərə sonda təhsil mərkəzinin tərtib etdiyi diplom və sertifikat verilir. Həmin kursları bitirən şəxslər əsasən ya özəl tibb müəsisələrində, ya da fərdi olaraq çalışırlar

 

Bəs bu kursları bitirənlərə verilən sənədlər nə qədər etibarlı sayılır?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, təbii ki, bu sertifikat keçərli deyil:

 

"Çünkü dövlət tərəfindən tanınmır, lisenziyalaşdırılmayıb və qeydiyyatı yoxdur. Ona görə də, vətəndaşlar yaxşı olar ki, məhz bu kimi kurslara qətiyyən inanmasınlar. Çünki nəticə etibarilə əgər tutaq ki, onlar sertifikat alıb, hər hansı bir şəxsin tanışlıq, tapşırıq yaxud korrupsiya faktı ilə işə qəbul olarsa,bir müddət sonra yoxlama zamanı istər səhiyyə nazirliyi tərəfindən, istərsə də, müvafiq aidiyyatı qurumlar tərəfindən əgər şəxsin dövlət müəsisəsini deyil hər hansı bir ixtiyari kursu bitirdiyi müəyyiyənləşərsə həmin şəxs ixtisar olunacaq".

 

Təhsil eksperti fikrini belə yekunlaşdırıb: 

 

" Bundan əlavə biz sağlamlığımızı da həmin şəxslərə arxayın ola bilmərik. Belə şəxsləri gördükdə dərhal onları vəzifəsindən uzaqlaşdırmağı tələb etmək hər birimizin vətəndaşlıq borcudur".

 

Mehriban Nəsibova