Uşaqlarda və yeniyetmələrdə psixoloji problemlərin əlamətləri nələrdir?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 20:10 08.08.2024
Müasir dövrümüzdə valideynlərin əsasən diqqət yetirilməli olduğu əsas məqam uşaqların və yeniyetmələrin psixologiyası olmalıdır. Bəs uşaqlarda və yeniyetmələrdə psixoloji problemlərin əsas əlamətləri nələrdir? Bu hal nədən qaynaqlanır?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Bahar Bəylərova-Ələkbərova bildirib ki, psixoloji problem və yaxud da psixi pozuntu fərdin emosional durumunun və davranışlarının uyğunlaşmaması deməkdir:
"Necə deyərlər, həm özü, həm ətrafı ilə qeyri sağlam münasibətlər qurur, motaların öhdəsindən gəlmək qabiliyyəti aşağı olur. Uşaqlarda və yeniyetmələrdə bunun əlaməti müəyyən davranış pozuntuları, özlərini anlaşıqsız aparmalarıdır. Əgər məktəbə və ya bağçaya gedirlərsə və orada həm davranış pozuntusunda, ziyan vermə, empatiya əksikliyi və eyni zamanda ünsiyyətdən qaçmaq, daha çox tək qalmaq istəmə və yaxud da seçdiyi çevrənin, zərərli dost çevrəsi və yaxud da ona zərərli olan davranışları seçməsi və s.-dir. Həmin uşaqlar daim neqativ düşüncə içərisində olurlar, özlərini gərəksiz hiss edirlər. Bu gərəksiz hiss etmə duyğusunu, özgüvən əksikliyi duyğusunu basdırmaq üçün də bəziləri qurban rolunda olurlar. Özündən bir aşağı gücdə olana digər məsələlərdə heç bir halda heç bir şeydə kompromisə gəlmirlər. Nə müəllim, nə də valideyn onlar üçün əziz doğma insan anlayışı müəyyən qədər ailə xaricində olur. Çünki o elə başa düşə qəbul edir ki, ailə onu sevmir, ailə onu anlamır. Bunda valideynlərin də, cəmiyyətin, ətrafında olan insanların da rolu olur. Amma təəssüf ki, əgər səbəb böyüklərdirsə, bunda nəticədə həmin uşaq və yeniyetmədir. Amma biz bu şəkildə həmin uşaq və yeniyetmələri necə deyirlər, sağ görmək durumundayıq və biz bunu göz ardı edə bilmərik. Həmin uşaqların və yeniyetmələrin ümumiyyətlə gələcəyə ümidsiz olur və yaxud da özlərinə o qədər güvənmirlər ki, bir müddət sonra onlar gələcəkdə kimə çevriləcək, necə bir insana çevriləcəklər. Bunu nə təsəvvür edə bilirlər, nə də bunun üçün nəsə etmək istəyirlər".
Hüseyn İlyasov