Travma sonrası stress pozuntusu nədir?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 11:20 10.08.2024
"Məlum olduğu kimi travma, psixoloji olaraq daxili hüzurun pozulması ilə özünü göstərən bir vəziyyətdir. Travmanı necə qavradıgımız həyat keyfiyyəti üzərindən olduqca əhəmiyyətli təsirə malikdir".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Lalə Ələkbərova söyləyib. O qeyd edib ki, bəzən əhəmiyyət vermədən üzərindən keçdiyimiz xoşagəlməz hallar beynimizin bir küncündə blokaj şəklində yığılır və həyatımızın gedişatında bizə öz travmatik təsirini göstərir:
"Mentolitet baxış bucağına görə travma psixoloji ya da tibbi bir narahatlıqdır deyə bilərik. Məsələn bədən travma vəziyyətində dərin reaksiyalar göstərir. Baş verən hadisəyə hazırlandıqda gərginləşir, qorxduqda büzülür, terror qarşısında çarəsiz qaldıqda isə donur və çökür. Zehnin verdiyi qoruyucu reaksiya normala qayıtdıqda bədən reaksiyalarının da, hadisənin ardından normala qayıtması gözlənilir. Bu müddətin qarşısı alındıqda isə, hadisənin təsiri özünə yer edir və aidiyyatı insan travmaya məhkum olur. Mənfi hadisənin sağalmasının açarı , sıx neqativ duyğulardan başqa həm də fiziki hisslərdir.
Bunu birmənalı şəkildə anlayın ki , travma sizin qismətiniz olmaq məcburiyyətində deyil ! Modern həyatın hər istiqamətinə sirayət edir. Sadəcə müharibə şəraitində olan əsgərlər, təcavüz və ya suistimal qurbanları deyil həmçinin bir çoxumuz travmaya məruz qalmışıq. Travma həmdə nəticələri yönündən geniş miqyaslıdır. Buna misal olaraq : partlayışlar, qəzalar, ciddi xəstəliklər, ani itkilər (sevdiyimiz birnin ölümü) əməliyyatlar, çətin doğuşlar daxildir".
Psixoloqun sözlərinə görə, travma əlamətlərinin aradan qalxmasının açarı fiziologiyamızda gizlidir:
"Qurtulmağımızın mümkünsüz olduğunu qavradığımız bir vəziyyətlə üz-üzə gəldiyimizdə ya da aşırı hədə-qorxuyla qarşılaşdığımızda insanlar və heyvanlar olaraq ortaq reaksiymız olan hərəkətsizlik reaksiyasını istifadə edirik. Bu funksiyanı anlamaq üçün vəziyyətin istəkdən xaric olduğunu ağlımızda saxlamağımız çox mühimdir. Həll olmamış travma bizi aşırı dərəcədə tədbirli və utancaq edə bilir. Ya da bizi təhlükənin təkrarına sövq edən çarx kimi, qurban vəziyyətinə və ağla gəlməz təhlükələrlə qarşı-qarşıya sövq edir. Travmalarımızı aradan qaldırmadığımız təqdirdə uğursuz olduğumuzu hiss edir ya da, bizə yardım etmək üzrə seçdiyimiz insanların xəyanəti ilə qarşılaşırıq.
Statistikalar qadınların üçdə biri və kişilərin beşdə biri kimi yüksək miqyasda insanın uşaqkən cinsi istismara məruz qaldığını göstərir. Məsələn : Travmaya məruz qalmış bir çox insan hansıki hər biri onların ifadəsiylə qurban olaraq müəyyən olunub. Cinsi istismar çox travma növündən yalnızca biri hesab olunur. Travmaya məruz qalan insanlar sonradan simptompların təməldə, qorxuya ilişib qalan tamamlanmamış fizioloji reaksiyalarını biruzə verir. Həyati təhlükə kimi görsənən vəziyyətlərdə, və ya təzyiq altında qaldıqda verilən reaksiyalar tamamlanana qədər simptomlar özünü göstərir. Travma sonrası stres bunun bir örnəyidir. Reaksiyalar tamamlanana qədər simptomlar ortadan qalxmır. Məsələn təcavüz qurbanı, suistimal edilmiş bir uşaq da sıx təzyiq altında əzilib bu vəziyyətlə qarşı-qarşıya qalmış olurlar. Özlərini “savaş ya da qaç” funksiyası seçimlərdən birinə yönəltməyi bacarmadıqlarında isə donur və sanki dünya başlarına yıxılır. Bu enerjini boşalda bilənlər isə özlərini toparlaya bilirlər".
Lalə Ələkbərova əlavə edib ki, canlılarda donma reaksiyasına cavab olaraq yaşanan mənfi stuasiyanı aşmaqdansa, buna əks olaraq getdikcə artan sarsılmış simptomla ifadə edilən geriyə dönüş bir döngüyə girmiş oluruq:
"Burada ailə və sosial çevrəmizdən dəstək almağa ehtiyac var. Bu dəstək və yardım sayəsində bizi tamamlamağa bir olmağa və ən nəhayət rahatlığa aparan zamanla inam və motivasiya verə bilərik. Təlaşlı titrəyişlərdə, getdikcə artan həyacana doğru hərəkət edən bədən, doğuşdan gələn daxili yaxşılaşma tutumuna travmanın yaratdığı donmanı buz dağı tək əridir. Travma o qədər yayqınlaşdı ki, bir çoxları varlığının belə fərqində deyil.
Hər kəs travma yaşayır. Hamımız da yaşadığımız travma, bizi həyatımızın geri qalan hissəsində travma sonrası stres pozuntusuna məruz buraxır. Həyatımızın hər hansı nöqtəsində travmatik hadisə başımızdan keçib. Simptomlar özünü, başladan hadisədən sonra, illərcə gizli qala bildiyi üçün, bəzilərimiz bu əlamətləri hələ fərq etməmiş ola bilərik. Bu baxımdan travmanın həm səbəbləri, həm də əlamətləri inanılmaz dərəcədə müxtəlifdir. Travma sağala bilir, daha da asanı qarşısıalına bilir. Ən qəribə travma əlamətləri belə, özümüzü təbii, bioloji intuisiyamıza buraxaraq onların bizə rəhbərlik etməsinə icazə verdiyimizdə həllini tapır. Ciddi dərəcədə travma almış insanlar ən çox mücadələ etdikləri məsələlər belə dilə gətirirlər ki, hər şeydən qorxmağa başlayır. Məsələn; "səhər yuxudan oyandığım zaman yataqdan qalxmağa qorxuram. Evdən çölə çıxıb yeriməyə qorxuram. Ölümdən lazımından çox qorxuram...Bir gün öləcəyimdən deyil, bir neçə dəqiqə sonra öləcəyimdən qorxuram. Həm öz qəzəblənməyimdən, həm də başkalarının ortada hər hansı əsaslı bir şey yoxsa belə qəzəblənməsindən qorxuram. Rədd edilməkdən və ya tərk edilməkdən qorxuram. Uğurdan və uğursuzluqdan qorxuram.
Travmalı bir insanın şikayətlərini ifadə edərkən sinəmdə ağrı hiss edirəm, bundan başqa hər gün qollarımın və ayaqlarımda gizilti və uyuşma da hiss edirəm. Hardasa hər gün menstrual ağrıyla bağlı kramp (əzələ gərilməsi ) bənzər və daha da şiddətli ağrı kimi dəyişən müxtəlif sinir ağrılarına məruz qalıram. Həyatımın çoxu həqiqətən acı içində keçir. Artıq dözə bilməyəcəyimi hiss edirəm. Baş ağrılarım var. Daim əsəbiyəm. Nəfəs daralması, taxikardiya, yönsözlük və panika mənə sıxıtı verir. Daim üşüyürəm və ağzım quruyur, udqunmaqda çətinlik çəkirəm. Enerjim və motivasiyam yoxdur. Etdiyim hər hansı bir işi bitirdiyimdə qane olmaq hissi yaşamıram. Sıxılıram, içim daralır, fikirlərim qarışıq, zehin bulanıqlığı yaşayıram. Hər zaman çarəsiz və ümidsizəm. Kontrol edəmədiyim qəzəb partlayışları və depresiyam var"...
Psixoloq vurğulayıb ki, travmanı uğurlu bir şəkildə yenidən qurduğumuzda, varlığımızda təməl bir yerdəyişmə meydana gəlir:
"İnsan sağlamlığına yenidən qayıdış bir şeyi dəyişdirmə müddətlə baş verir. Travmatik bir hala keçid edərkən, sinir sistemimizdə, duyğularımızda, emosional qavrama yolu ilə sınaqdan keçirdiyimiz beyində dərketmə prosesində təməl dəyişiliklər baş verir. Sinir sistemi hərəkətsizlikdən alışqanlığa doğru yön dəyişdirir, duyğular qorxu ilə cəsarət arasında dalğalanır və anlama dar çərçivədən geniş çərçivəyə keçir. Duyğularımız bizi aşağı çəkmək yerinə yuxarıya yüksəldir.
Dünyada baş verən neqativ hadisələrin, meydana gələ biləcəyi lakin bunların həm də həll ediləcəyi bir yer gözüylə baxırıq.Təlaş, narahatlıq yerinə güvən duyğusu yer alır. Hər birimiz, bizdə travma yaradan yaralarımızı sağaltmaq mövzusunda cavabdehlilik almalıyıq. Bunu özümüz, ailəmiz və daha geniş ölçüdə cəmiyyətimiz üçün etməliyik. Bir-birimizlə bağlantı qurmağa ehtiyacımız olduğu anlayışından sözü gedən sağalma müddətinə aid olduğumuz cəmiyyətin dəstəyinə baş vurmalıyıq. Travma sağala bilir və bununla kifayətlənməyib həm də doğru dəstə də psixoloji yenidənqurma əldə edilir".
Aləmzər İbrahimova