"Günəşli hava ağır vəziyyətlər yaradır"-RƏY
Bölmə: Sosial › ,Tarix: 17:37 12.08.2024
Son günlərdə havanın temperaturu bəzən çox yüksək, bəzən isə aşağı olur. Bəs belə havalar insanlara, əsasən də meteohəssas insanlara necə təsir edir? Nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında Tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, günəşli havadan mütləq qorunmaq lazımdır:
"Ümumiyyətlə, həssas insanlar dedikdə, xüsusən ürək-damar xəstəlikləri, qanın qatılaşması, damarların spazmı, ağrılar və bu kimi hallar istənilən xəstəlikləri törədə bilirlər. Meteohəssas dedikdə, havada kimyəvi elementlərin çox güclü yerdəyişməsidir. Hər birimiz bilirik ki, oksigenin əsas mənbəyi yaşıl bitkilər, yaşıl ağaclar, meşələrdir. Bu, ağaclar azaldıqca təbii ki, oksigenin də, miqdarı azalır. Nəticədə, H2O yəni, hidrogenlə oksigen birləşib, su yaradır. Həmin hidrogen oksigen olmazsa nə ilə birləşəcək?! günəşli havada kimyəvi elementlərin yerdəyişməsi ortaya çıxır və ağır vəziyyətlər yaradır. Kimyəvi elementlərin havada miqdarının artıb-azalması insan bədəninə çox təsir göstərir.
Dünyada meşələr, parklar salınmalıdır. Fikir versək, kənd də, şəhər də, torpaqları asfalt edirik. Nəticədə, torpaq nəfəs ala bilmir. Torpaq nəfəs ala bilmirsə, havayla torpağın arasında əlaqə qırılır. Torpağın nəfəsini bağlayırıq. Torpaq əkilməlidir, biçilməlidir. Məsələn, parkda ağacın dibinə düşən yarpaqların yığılmaması məsləhətdir. Həmin yarpaqlar torpağa qayıdır, torpağın məhsuludur".
Səmədli Nigar