Havaların kəskin dəyişməsi insanlara necə təsir edir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:44 12.08.2024
"Müşahidə etdiyimiz hava dəyişiklikləri çox kəskin olmadığı müddətcə sağlam insanlara təsiri yoxdur. Müəyyən xəstəlikləri olan şəxslərdə təbii ki, hava dəyişiklikləri narahatçılıq yaradacaq".
Bu sözləri "informator.az"a açıqlamasında infeksionist-həkim Mərdan Əliyev söyləyib.
Onun sözlərinə görə, havanın soyuması sonra yenidən isinməsi insan orqanizmində immun sisteminin zəifləməsinə və bəzi xəstəliklərə səbəb ola bilər:
"Bundan əlavə, bu, xəstəliklər daha çox əzələ ağrıları, baş ağrıları, yorğunluq, halsızlıq, iştahsızlıq müşahidə olunur. Xroniki xəstəliyi olanlar xüsusən, ürək-damar xəstəliyi olan insanlarda təzyiqin yüksəlməsi-enməsi halları müşahidə olunur. Rematik xəstəliyi olanlar havaların soyuması nəticəsində oynaq ağrılarını artıra bilər. Bu, havaların dəyişilməsi meteohəssas qruplara təsir göstərir. Meteohəssas şəxlər hava dəyişikliklərinə həssas olan şəxslərdir. Ona görə, bu, insanlara meteohəssas insanlar deyilir. Hətta, sağlam şəxlərdə də, belə havaların dəyişilməsi əhval-ruhiyyənin enməsi və depressiv vəziyyətlərə gətirib çıxara bilir. Bəzi şəxlərin əhval-ruhiyyəsi yaxşı olmur, depressiv vəziyyətdə, olurlar".
Nigar Səmədli