"Bu sahədə vergi tətbiqinə ehtiyac yoxdur"-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:24 12.08.2024
Müasir dövrdə insanlar telefondan ən çox sosial şəbəkələr(Facebook, Instagram, YouTube və s.) üçün istifadə edirlər. Türkiyə də daxil olmaqla bir çox ölkələrdə sosial şəbəkələrin ofisləri açılıb və həmin şirkətlər dövlətə vergi verirlər. Bəs, Azərbaycanda nə vaxtsa bu şirkətlərdə vergi alınması gözlənilirmi?
Bu barədə Milli Məclisin VI çağırış Millət Vəkili MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "informator.az"a açıqlama verib. O, bu sahələrin vergiyə cəlb edilməsi ehtiyacını görmür:
"Hələlik sosial şəbəkələrdən vergi alınması kimi bir söhbət yoxdur. Amma gələcəkdə nə ola bilər, onu deyə bilmərəm. Çünki ümumiyyətlə faktiki olaraq bunlar mətbuat orqanları sayılır. Bu orqanlarda kifayət qədər istifadəçi var. Böyük kütlədən söhbət gedir. Ümumiyyətlə, indiki sosial vəziyyəti nəzərə alaraq, hələlik o sahədə hansısa bir vergi tətbiqinə ehtiyac yoxdur. Çünki Ölkənin sosial, iqtisadi vəziyyətində kifayət qədər bir ciddi problem yoxdur".
Hüseyn İlyasov