Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramına doktorantura pilləsi əlavə edilib-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:26 12.08.2024

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib.

Bu barədə "İnformator.az"a fikirlərini bölüşən təhsil eksperti Elçin Murad bildirib ki, ölkəmizdə doktorantura səviyəsinə əhəmiyyət verən tələbə sayı azdır:

"Tələbələr təhsilini sadəcə magistratura səviyəsi ilə yekunlaşdırır. Xaricdə şəxsi hesabı ilə təhsili davam etdirmək ağır olurdu. İndi isə dövlət xətti ilə getmək asan olacaq. Ölkəmiz üçün müsbət tərəfi yüksək səviyəli mütəxəssislərin yetişdirəcəyidir. Bu gün ölkəmizə kənardan çox mütəxəssis dəvət edirik. Onlara Azərbaycan maaşından yüksək olan əməkhaqqı veririk. Halbuki, o mütəxəssisləri biz yetişdirib həmin maaşı onlara versək, həm ölkəmiz üçün həm də təhsilimiz üçün qazanc olacaq. Bu, dövlətin verdiyi düzgün qərarlardan biridir. Düşünürəm ki, həyata keçirilməsində mürəkkəb addımlar olmaz".

Zəhra Həsənova