Qidalanmada bunlara diqqət edin! -Mütəxəssisdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 15:51 14.08.2024
Havaların istiləşməsi ilə insanlar qidalanmasına daha çox diqqət etməyi zəruri hal alır.
Yayda hansı qidalara daha çox üstünlük verilməlidir?İnsanlar isti havalarda nələri yeməkdən yayınmalıdır?
Bu barədə Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "informator.az"a açıqlamasında bildirdi ki, həm meyvələrin, həm tərəvəzlərin yayda daha çox olması həm mövsümü, həm də yerli olması immun sisteminin gücləndirilməsi üçün ən önəmli məsələlərdən biridir:
"Yay mövsümü meyvə, tərəvəzlərin ən bol olduğu mövsümdür. Ümumiyyətlə yay meyvələrini nəzərdə tutsaq, daha çox yayın əvvəlində olan gilas, çiyələk, alça, vişnə bunlar xüsusilə qan azlığı olan insanlara daha çox kömək olur. Eyni zamanda da tərkibindəki antioksidant maddələr olması orqanizmin bioloji qocalmasının qarşısını almaqda, orqanizmdə sərbəst radikallarla mübarizədə daha çox iştirak edir. Bu kimi meyvələri, tərəvəzləri yemək daha çox tövsiyə olunur. Eyni zamanda da tərəvəzlərdən həm göyərtilərin, həm də xiyar, pomidor, badımcan, bibər xüsusi ilə də yaşıl bibəri qeyd etmək lazımdır ki, bunun da önəmi daha çox vacibdir. Bir yaşıl bibərin tərkibində olan C vitamini orqanizmin günlük C vitamininə olan təlabatını ödəyir. Bir çox insanlarda C vitamininə qarşı allergiyası olduğuna görə həmin meyvələri qəbul edə bilmirsə, C vitaminini yaşıl bibərdən ala bilər ki, buna çox diqqət etmək lazımdır ".
Mütəxəssis vaxtından tez yetişdirilən meyvələrin ziyanlarından da söz açdı:
"Diqqət etməli məqam bəzən yayın əvvəlində satılan qarpız, yemişlərdən istifadə bir çox hallarda riskli ola bilər. Burda əsas məqam odur ki, Azərbaycan üçün xarakterik avqustun 15-20-dən sonra qarpız, yemiş yetişir. Ancaq ondan öncə satılan qarpız, yemişlər süni şəkildə yetişdirilir. Süni istilik və eyni zamanda daha çox gübrələrdən istifadə olunaraq yetişdirilir ki, ondan istifadə edəndə xüsusi ilə yüksək risk qrupuna aid olan yaşlılar, uşaqlar və eyni zamanda xroniki xəstəliyi olan insanlarda daha çox allergik reaksiyalarla yanaşı, zəhərlənməyə də səbəb ola bilir. Ona görə də vaxtından əvvəl yetişdirilən qarpız, yemişdən istifadə etməmələri tövsiyə edilir. Əksər hallarda bunun xaricdən gətirildiyini bildirsələrdə, digər bir məqam xaricdən gətirilən meyvələrin kal şəkildə dərilib uzun müddət xarab olmasın deyə həm tərkibinə, həm də xaricdən əlavə olunan kimyəvi maddələr var. Bu maddələr insan orqanizmində həzm olmur və müəyyən müddət həmin qidalardan istifadə edən insanlarda bu kimyəvi maddələr qara ciyərdə yığılaraq gələcəkdə böyrək çatışmazlığına, qaraciyər problemlərinə gətirib çıxarır ".
Məhsəti Hüseynova düzgün qidalanma və organizmin suya olan tələbatının düzgün qəbul olunmasını qeyd etdi:
"Ən faydalısı gün ərzində 3 böyük meyvə şəklində yeyə bilərlər. Xüsusilə də, giləmeyvələrin mövsümü olduğuna görə giləmeyvələri də gün ərzində 200 qrama qədər qəbul olunması tövsiyə olunandır. Hər yemək qəbulunda tərəvəz daha faydalıdır. Xüsusilə lifli qida ilə yanaşı eyni zamanda həzm prosesini asanlaşdırır, maddələr mübadiləsi sürətləndirir və xüsusi ilə də bağırsaq mikroflorasının formalaşmasına kömək olur ki, burda da tərəvəzlərin önəmini qeyd etmək vacibdir. Bəzən yay mövsümündə meyvə və tərəvəz daha çox qəbul edib paxlalıları və ya zülal tərkibli, heyvan mənşəli qidaları, süd və süd məhsullarını az istifadə edirlər, əgər davamlı olaraq belə olarsa bu da zülal azlığına və eyni zamanda da qeyri-sağlam çəki itirilməsinə gətirib çıxarır. Ona görə də, mütləq şəkildə yeməklərdə balanslı qidalanmanı gözləmək lazımdır. 20-25 yaşa qədər insanlar gün ərzində 3 əsas yemək qəbul etdikdə, hər birində tərəvəzlərdən istifadə etməlidir . Ancaq 25 yaşdan yuxarı insanlar 2 əsas yemək qəbul etdikdə tərəvəzlərdən istifadə etməlidir. Meyvəni isə daha çox yemək aralarında və yaxud, yeməkdən 45 -50 dəqiq sonra qəbul etsələr daha doğru hesab olunur.
Eyni zamanda gün ərzində qəbul olunacaq su miqdarına da diqqət etmək lazımdır. Su miqdarı hər insanın çəkisinə görə 30 mq hesablanır ki, bu yalnız təmiz su, ayran və eyni zamanda qəbul olunan tərəvəzlərin tərkibindəki su olaraq hesablanır. Əgər fiziki aktiv insandırsa bu miqdarı 1-2 stəkan şəklində artıra bilərlər".
Aslanova Fatimə