Cop-29-un keçirilməsi kirayə mənzillərdə bahalaşmaya səbəb olacaq?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:17 14.08.2024

Cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan Cop-29 lahiyəsi ilə əlaqədar ölkəmizə on minlərlə xarici vətəndaş gələcək. Formula-1 zamanı yarışın keçirildiyi bölgələrdə mənzil kirayəsi qiymətlərinin artdığını xatırlayırıq. Bəs eyni şey Cop-29 zamanı baş verə bilərmi?Belə olan halda kirayə və mənzil alqı-satqısı sahəsində hansı dəyişikliklər olacaq? 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, 80 minə qədər xarici qonaqların Azərbaycana gəlişi gözlənilir:


"Cop-29 dünyada ən möhtəşəm, ən böyük tədbirlərdən biridir. Bu tədbirin Azərbaycanda olması ölkənin bütün dünya ictimaiyyətinə tanınmasına gətirib çıxaracaq. Təbii ki, biz bu gün digər ölkələrə baxsaq, qonşu Türkiyə, Gürcüstan hansı ölkələrdəki turizm inkişaf edib. Həmin ölkələrdən daha çox xarici vətəndaşlar daşınmaz əmlak alırlar. Yəni o ölkələrlə tanış olduqdan sonra əgər ölkəyə hansısa bağlılıq yaranarsa, həmin xarici vətəndaşlar bu ölkədən daşınmaz əmlaklar alırlar. Təbii ki, Azərbaycana illərdir xarici turistlər, gəlirlər və Azərbaycandan daşınmaz əmlak alan xarici turistlərin sayı yetəri qədərdir və bu tədbirdə 10 minlərlə insanın Azərbaycana axın etməsi ölkəmizə maraqlarının artmasına  səbəb ola bilər və həmin insanlar həmin xarici qonaqlar daha sonra mərhələli şəkildə Azərbaycanın daşınmaz əmlak sahəsinə yatırımlar edə bilərlər".

Ekspertin sözlərinə görə, COP-29-un keçirilməsi əmlak sahəsinə müsbət təsir göstərəcək və qiymət artımına səbəb olacaq:

"Kirayə mənzil bazarı daha çox, qısamüddətli də olsa, tələbat daha çox artacaq. Tələbatın artması, həmçinin yeni tikili binalardakı bahalı mənzillərə də tələbatı artıra bilər.
Cop-29 tədbiri keçirilən zaman əksər sahələrdə işçi saylarının azaldılması gözlənilir. Bir növ kiçik bir karantin kimi  bir şeylər olacaq ki, iş yerlərində insanların sayının az olması, orta məktəb, ali təhsil müəssisələrinin bağlanması və təbii ki, ölkəmizin tanınması, həmçinin ölkənin daxili turizmin inkişafın etməsinə gətirib çıxaracaq. Pandemiya dövründə xarici ölkə sərhədlərinin bağlı olması səbəbindən artıq ölkə vətəndaşları turist qismində xarici ölkələrə deyil, Azərbaycanın özünün turistik zonalarına üz tutdular.
Bu səbəbdən də artıq Azərbaycanın turistik bölgələrində ölkənin digər yerlərinə gedən insanlar yetəri qədər daşınmaz əmlaklar alıblar və yay mövsümlərində daha çox ölkənin turistik zonalarına istirahət etməyə üstünlük verirlər".


Hüseyn İlyasov