Tur avtobuslarında təhlükə faktoru: Niyə "apteçka"lar yoxdur?-RƏY
Bölmə: Sosial › ,Tarix: 23:26 14.08.2024
Turla rayonlara insanları aparan avtobuslarda dərman "apteçka"sı yoxdur. Halbuki bu, minik maşınlarında belə şərtdir.
İnsanların həyati riskləri unudulur. Havanın temperaturunu və yolun məsafəsini nəzərə alsaq dərman preparatlarının avtobusda olmasının vacib olduğunu görərik.
Bu ehtiyacı ödəmək üçün truzim şirkətləri hansı addımları atmalıdırlar?
Məsələ ilə bağlı turizm eksperti Rəhman Quliyev "İnformator.az"a açıqlama verib. Onun sözlərinə görə, avtobuslarda "apteçka"ların olması mütləq tələb olunmalıdır:
"Artıq yay tətili günləridir. Turistlər Azərbaycan hüdudlarından kənara eyni zamanda bölgələrə səyahət edirlər. Bölgələrə səyahət edən həm yerli, həm də əcnəbi turistlər bir- iki günlük avtobuslarla qrup turları ilə səyahət edirlər. İndi demək olar ki, hava şəraraitinin tez- tez dəyişməsi eyni zamanda digər səbəblərdən turistlər arasında müxtəlif yoluxmalar və xəstəliklər ola bilər. Eyni zamanda yol boyu hər hansı bir yüngül xəsarət alma və yaxud da hər hansısa bir hadisə baş verdiyində avtobusda mütləq "apteçka" olmalıdır. Bu, bəzi avtobuslarda çətinki olsun. Amma bu, tələb olunmalıdır. Çünki avtobus toplum insanları daşıyır. Tur boyu hər hansısa bir hadisənin olması istisna deyil. Qrup şəklində gedildiyində vətəndaşlardan birinin halı pisləşərsə, qrup içərisindən həkim və yaxud da tibb bacısı varsa, onu həmin xəstəyə müdaxilə etməyə dəvət edirlər. Və təbii ki, bu halda ilkin yardım üçün mütləq "apteçka" lazımdır".
Ekspert tur avtobuslarında son zamanlarda baş verən qəzalara və onların səbəblərinə də diqqət çəkib:
"Təbii ki, avtobus turlarında belə qəzalara səbəb olan sürücülərdir. Əslində avtobusların bir sürücü ilə təmin olunması böyük bir problemə çevrilib. Həm iritutumlu avtobus, həm də uzaq məsafə maneələr törədir. Deyək ki, avtobus Azərbaycanın ən ucqar nöqtəsinə gedir. Məsafənin çoxluğu sürücünün səhər saatlarında yuxudan yarımçıq durmasına və yola çıxmasına səbəb olur. Avtobuslar turlara cəlb ediləndə mütləq şəkildə iki sürücü ilə təmin edilməlidir. Bu həm təhlükəsizlik baxımından vacibdir. Və ümumiyyətlə turist marşrutlarının təmin olunmasında proqrama diqqət yetirmək lazımdır. Vətəndaşlar bunu mütləq şəkildə tur almadan öncə turizm şirkətləri vasitəsilə marşrutu əldə etməlidirlər. Təhlükəli yerlərdən keçilirsə, əgər uzaq məsafədirsə, avtobus öz yanacağına və yaxud da vaxtına qənaət edib kəsə yollarla, təhlükəli yollarla gedirsə artıq bu məsuliyyət həmin marşrutun üzərinə düşür. Bu da təhlükəli bir faktordur. Bu baxımdan da çox diqqət etmək lazımdır. Vətəndaşlar ayıq- sayıq olmalıdırlar".
Banuçiçək Kalbalıyeva