BMT baş katibinin müavini Msuya: Qəzzada vəziyyət ümidsizdir
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/3528183_3.jpg)
Tarix: 20:28 30.08.2024
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya BMT Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxışında İsraildə fələstinli məhbuslarla pis rəftarla bağlı xəbərlərin artdığına diqqət çəkib. Msuya qeyd edib ki, BMT-nin humanitar işçiləri İsrailin maneələri səbəbindən "görünməmiş problemlə üzləşirlər".
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya bildirib ki, İsrailin hücumlarının davam etdiyi Qəzza zolağında vəziyyət ümidsizdir.
Msuya BMT Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxışında Qəzzada fələstinli mülki vətəndaşların humanitar vəziyyəti ilə bağlı son hadisələri paylaşıb. BMT-nin Baş katibi Antonio Quterreşin işğal altındakı İordan çayının qərb sahilindəki son pis vəziyyətdən dərin narahatlığını və bu əməliyyatların dərhal dayandırılması çağırışını təkrarlayan Msuya, "Qəzzada vəziyyətin ümidsiz olduğunu" bildirib.
“2023-cü il oktyabrın 7-dən bəri biz Şuraya mülki qadınların, kişilərin və uşaqların vicdansız əzabları barədə ondan artıq məlumat verdik”, - Msuya bildirib.
İsraildə fələstinli məhbuslara qarşı pis rəftar xəbərlərinin artdığını vurğulayan Msuya, BMT-nin humanitar yardım işçilərinin İsrailin maneələri səbəbiylə "görünməmiş bir problemlə üzləşdiyinə" diqqət çəkib.
Joyce Msuya, İsrailin keçən həftə qəbul etdiyi evakuasiya qərarları səbəbiylə BMT əməkdaşlarının ofislərinə daxil ola bilmədiklərinə, maşınlarının atəşə tutulduğuna və "sırf şansla sağ qalmağı bacardıqlarına" diqqət çəkib.
Hansı materiallara sahib olacaqlarını, nə vaxt və ya hara çatdıra biləcəklərini bilməkdə çətinlik çəkdikləri üçün 24 saatdan çox əvvəldən plan qura bilməyəcəklərinə diqqət çəkən Msuya, “2,1 milyon insanın həyatı yalnız şans və ümiddən asılı olmamalıdır" dedi.
Mənbə: HABERTÜRK
Elnurə Kərimova