Dmitriy Peskov, Trampın Qəzza planı ilə bağlı detalları gözlədiklərini bildirib
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/2987590_.jpeg)
Tarix: 22:11 10.02.2025
Kremlin sözçüsü Dmitriy Peskov, paytaxt Moskvada gündəmdəki mövzularla bağlı açıqlama verib. Peskov, ABŞ Prezidenti Trampın Qəzzanı ‘ələ keçirmək’ və burada yaşayan fələstinliləri zorla köçürmək planına dair, “Əgər burada ardıcıl bir fəaliyyət planı varsa, detalları gözləmək lazımdır”- deyib.
Peskov, Qəzzada təxminən 1,2 milyon fələstinlinin yaşadığını vurğulayaraq, “Bu, ən böyük sualdır. Bu insanlara Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarları ilə dövlət həlli vəd edilib. Burada çoxlu suallar var. Hələlik detalları bilmirik. Bu məsələdə bir az səbirli olmalıyıq” ifadələrini işlədib.
Haber Global
Bənövşə Zahidli